"Zirə"nin məşqçilər korpusuna yeni təyinat reallaşıb.
Bizim.Media klubun saytına istinadən xəbər verir ki, bundan sonra məşqçi Vüqar Məmməd əsas komandanın məşqçilər korpusunda yer alacaq. Çalışdırıcı ilə bir il yarımlıq müqavilə bağlanılıb.
Qeyd edək ki, Vüqar Məmməd 2019/20 mövsümündə “Zirə”nin əsas komandasında məşqçi kimi çalışıb.
Bizim.Media