Argentina millisinin futbolçusu Lionel Messi Qətərdə keçirilən dünya çempionatının 1/4 final oyunundan sonra Niderland yığmasının üzvü Vaut Veqhorstu təhqir edib.
Bizim.Media “The Roar” nəşrinə istinadla xəbər verir ki,"TyC Sport"un canlı efirində iki oyunçu arasında insident yaşanıb.
35 yaşlı hücumçu Veqhorsta "nəyə baxırsan, axmaq? Get buradan" deyib.
Qeyd edək ki, Argentina-Niderland görüşünün əsas və əlavə vaxtı 2:2 hesablı heç-heçə ilə başa çatıb. Argentina millisi qarşılaşmanın penaltilər seriyasında rəqibini 4:3 hesabı ilə üstələyib.
Bizim.Media