Argentina millisinin və PSJ-nin futbolçusu Lionel Messi karyerasında 1001-ci matçına çıxıb.
Bizim.Media xəbər verir ki,futbolçu DÇ-2022-nin 1/4 final mərhələsində keçirilən və hal-hazırda ilk hissəsi oynanılan Niderland-Argentina qarşılaşmasında 1001-ci oyununu oynayır.
Qarşılaşma eyni zamanda, Messinin dünya çempionatlarında 24-cü matçıdır.
Qeyd edək ki, oyunda Argentina artıq hesabı açıb.
Niderland - Argentina - 0:1 (Birinci hissə)
Qol: Molina, 35
Baş hakim: Migel Mateu Laos (İspaniya)
Bizim.Media