Moderator.az-ın xəbərinə görə, 20 illik yubileyin təntənəli şəkildə qeyd olunması məqsədi ilə Milli Paralimpiya Komitəsi tərəfindən geniş tədbirlər planı hazırlanıb təsdiq edilib. Məqsəd ölkəmizdə paralimpiya hərəkatının 20 illik fəaliyyyətinin işıqlamdırılması və paralimpiya dəyərlərinin əhali arasında geniş təbliğ olunmasıdır.
Paralimpiyaçılar öz yubileylərinə qeyri-adi şəkildə start vermışlər. Belə ki, oktyabrın 14-də Rusiyanın Soçi şəhərindəki “Skypark”x9d əyləncə mərkəzində ilk yubiley tədbiri keçirilib. Həmin tədbirdə Milli Paralimpiya Komitəsinin birinci vitse prezidenti Natiq Qasımov, Komitənin şöbə müdiri Kamal Məmmədov və Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının nümayəndəsi, Rusiya Xarici işlər nazirliyinin Diplomatik Akademiyasının tələbəsi Dünya Dadaşova iştirak ediblər.
“Skypark”x9dda dünyada ən uzun körpüsündə yerləşən “Bungee Jumping”x9d qurğusu Azərbaycan bayrağı və Milli Paralimpiya Komitəsinin 20 illik yubileyini əks etdirən bayraqla bəzədilib. İlk olaraq əlil arabası istifadəçisi olan Kamal Məmmədov həmin qurğudan 69 metr məsafədən əlil arabası ilə tullanmışdır, ona dəstək olaraq Natiq Qasımov 69 metr, Dünya Dadaşova isə 207 metr yüksəklikdən tullanıblar. Daha sonra nümayyəndələr "Skypark"da rekorda imza atıblar. Onlar biri əlil arabası istifadəçisi olmaqla ilk dəfə olaraq üçlükdə "Meqatroll" qurğusundan 700 metr yüksəklikdən saatda 120 km sürətlə eniblər. Kamal Məmmədovun yüksəklikdən tullandığını əks etdirən şəkillərin biri “Skypark”x9d əyləncə mərkəzində həftənin ən maraqlı şəkli seçilib.
Keçirilən tədbir Rusiya mətbuatında geniş işıqlandırılıb.