“İdman arzularıma çatmaqda bir vasitədir”- Dünya və Avropa birincisi olan 16 yaşlı Emilli ilə MÜSAHİBƏ

Emilli Rzayeva - ölkəmizin idman aləmində son günlər ən çox hallanan ad. Qazandığı möhtəşəm qələbə ilə adına Azərbaycanın idman tarixinə qızıl hərflərlər yazdıran yeniyetmə idmançı çox böyük hədəflər sorağındadır. İdmanın 4 növündə - konfu-sanda, uşu-sanda, kiqboks və muay-tay idman növləri üzrə yeniyetmələr arasında Avropa və Dünya birincisi olan Emilli bu günlərdə İtaliyada keçirilən qadınlar arasında Avropa birinciliyində ilk pilləyə sahib çıxıb.

Bununla da o 5 idman növü üzrə Dünya və Avropa birincisi kimi də Azərbaycanın  idman tarixinə öz adını yazdırıb.

Emilli Rzayeva və məşqçisi Rauf Ağayevlə redaksiyamıza gəlib, bizimlə müsahib olublar. Həmin müsahibəni təqdim edirik:

Redaksiyamıza xoş gəlmisiniz. Böyük qələbə münasibəti ilə sizi bir daha təbrik edirik.

Dəvət üçün də, təbrik üçün də çox sağ olun. Mən çox xoşbəxtəm ki, bu qələbəmlə Azərbaycanın idman tarixinə düşmüşəm. Boks üzrə Avropa birincisi olan ilk Azərbaycanlı qadın idmançı mənəm.


Yarış barədə bir qədər ətraflı danışardınız.

İtaliyada keçirilən son birincilikdə 34 ölkədən 400-dən artıq idmançı iştirak edirdi. Hər görüş çox gərgin keçirdi. Əvvəllər də boks üzrə Avropa birinciliklərində iştirak etmişəm. Amma uğurlarım az olub. Ona görə də bu dəfə bütün gücümü ortaya qoydum ki, birinci olum. Məşqçilərim də sağ olsun ki, bu işdə mənə bütün dəstəyi verdilər.

Bu yerdə Emillinin boks üzrə məşqçisi Rauf Ağayev də söhbətə qoşulur:

Emilli Rzayeva dünyanın ən gənc və perspektivli  idmançısıdır. Hələ bu vaxtadək dünyanın idman tarixində Emillinin nailiyyətlərinə sahib olan ikinci  bir idmançı xanım yoxdur. O, idmanın 5 növü üzrə həm Avropa, həm də Dünya çempionu olub. Adətən atletlər arasında çoxnövçülük olur. Əlbəyaxa döyüşlərdə isə belə hala rast gəlinməyib.

Mən gənclərə örnək olsun deyə bir faktı söyləyim. Emilli anadan doğulunda ürəyində qüsur olub. Çoxları onun çox yaşaya bilməyəcəyini deyib. Lakin, Emillinin atası Emil müəllimin gərgin əməyi və Emillinin həyat sevgisi nəticəsində nəinki, ürəkdəki qüsurlar arxada qalıb, həm də o dünya səviyyəli bir idmançı kimi formalaşıb. Hazırda Emilli 5 idman növü ilə məğul olur.

Onlardan yalnız boks üzrə məşqçisi mənəm. Qalan 4 idman növü ilə onun məşqçisi atası Emil Rzayevdir.


Əvvəl qazandığınız titullar barədə nə deyə bilərsiniz?

Boksdan qabaq muay-tay, kiqboks, uşu-sanda və konfu-sanda üzrə Dünya və Avropa birincisi, eyni zamanda bir sıra beynəlxalq turnirlərin qalibi olmuşam.

Bəs, yaxın gələcək üçün planlarınız nədən ibarətdir?

İnşallah əsas məqsədim 2024-cü ilin olimpiya oyunlarına lisenziya qazanmaqdır.

Yenə məşqçi söhbətə qoşulur:

Emillinin məşğul olduğu idman növlərinin çoxu qeyri-olimpiya idman növüdür. Ona görə də son vaxtlar boksla da davamlı məşğul olmağa başlayıb. Nəticə də göz qabağındadır.

Növbəti olimpiya oyunlarına qədər Emillinin 18 yaşı tamam olacaq. Bu da imkan verəcək ki, o lisenziya qazanıb olimpiya oyunlarına qatılsın. Bunun üçün də güclü əsaslar var. Emilli həmyaşıdlarından fərqli olaraq çox nadir hallarda əlinə telefon alar.

Bütün diqqətini dərslərinə və məşqlərinə yönəldib. İdmanda da bütün uğurun açarı məsuliyyətdir. İdmançı ki, məsuliyyətli oldu, onda o istədiyi zirvəni fəth edə biləcək.


Sizdən başqa ailənizdə idmançı varmı?

Bəli, atam zamanında güləş üzrə Azərbaycanda sayılıb-seçilən idmançılardan biri olub. Mənim idmana gəlişimin səbəbi də atamdır. Qeyd edim ki, digər idman növləri üzrə mənim məşqçim atam Emil Rzayevdir. O, həm atam, həm həyat müəllimim, həm yol yoldaşım, həm də idmanda ustadımdır.

Orta məktəbdəki dərslərə davamiyyətiniz və qiymətləriniz necədir?

Əslində, hər iki sahədə uğur qazanmaq çox çətindir. Amma çalışıram ki, dərslərimdə axsamayım. 158 nömrəli orta məktəbdə oxuyuram. Ali təhsil almaq gələcək arzularımdan biridir. 


Sizin seçdiyiniz idman sahələri qadınlar üçün ənənəvi idman növləri deyil. Bu sizin idmandan kənar həyatınızda kompleks yaratmır ki?

Əksinə, uğurlu idmançı olduğum üçün ətrafımdakılar mənimlə ünsiyyətə can atırlar. Bu mənə əlavə stimul verir. Mən də öz növbəmdə yaxın çevrəmdəkilər arasında idmanı təşviq edirəm.

Fürsətdən istifadə edərək, yeniyetmə qızlara məsləhət görürəm ki, boş vaxtların idman zallarında keçirsinlər. İdman təkcə sağlamlıq deyil. Idman həm də arzularımıza çatmaq üçün bir vasitədir. Xatırladım ki, bayrağımızı zirvələrə daşıyan təkcə hərbçilərimiz deyil. Bu gün idmançılarımız da bütün dünyada Azərbaycan bayrağını qürurla, şərəflə dalğalandırırlar.

Xoşbəxtəm ki, həmin idmançılardan biri də mənəm.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Çin şirkəti ilə bərpa olunan enerji layihələri MÜZAKİRƏ EDİLDİ - FOTO

Çin şirkəti ilə bərpa olunan enerji layihələri MÜZAKİRƏ EDİLDİ - FOTO

PSJ-nin baş məşqçisi Premyer Liqa YOLUNDA

PSJ-nin baş məşqçisi Premyer Liqa YOLUNDA

Xərçənglə mübarizədə albalının rolu

Xərçənglə mübarizədə albalının rolu

Qətər İranın iki attaşesini “persona non grata” ELAN ETDİ

Qətər İranın iki attaşesini “persona non grata” ELAN ETDİ

Avropa Liqasında 1/4 finala ilk onlar yüksəldilər

Avropa Liqasında 1/4 finala ilk onlar yüksəldilər

“X”-in işində problem YARANDI

“X”-in işində problem YARANDI

Aktrisanın dostları ilə əyləndiyi restoranda rəfiqəsinin ərinə xəsarət yetirdilər - VİDEO

Aktrisanın dostları ilə əyləndiyi restoranda rəfiqəsinin ərinə xəsarət yetirdilər - VİDEO

"11 il ərzində bir dəfə də olsa, mənə inanmadılar" - Kenan Yıldız

"11 il ərzində bir dəfə də olsa, mənə inanmadılar" - Kenan Yıldız

Süni intellektin işindən edəcəyi şəxslərin 86 faizi qadınlardır

Süni intellektin işindən edəcəyi şəxslərin 86 faizi qadınlardır

Yevlaxda inəklər gənc qadına hücum etdi - ÖZƏL

Yevlaxda inəklər gənc qadına hücum etdi - ÖZƏL

Ceyhun Bayramov Ər-Riyadda Hakan Fidanla görüşüb

Ceyhun Bayramov Ər-Riyadda Hakan Fidanla görüşüb

İran Qətərdə neft emalı zavodunu vurdu - VİDEO

İran Qətərdə neft emalı zavodunu vurdu - VİDEO

Alena Əliyeva inklüziv incəsənət sərgisində - FOTO

Alena Əliyeva inklüziv incəsənət sərgisində - FOTO

Birinci Liqa: “Şəfa”dan növbəti QƏLƏBƏ

Birinci Liqa: “Şəfa”dan növbəti QƏLƏBƏ

Dostundan Vüsaləyə: “Qoymadın bir adam qalsın” - VİDEO

Dostundan Vüsaləyə: “Qoymadın bir adam qalsın” - VİDEO

Yeni Günəşlidə su xətti yenidən partladı, sakinlər şikayətçidirlər - VİDEO

Yeni Günəşlidə su xətti yenidən partladı, sakinlər şikayətçidirlər - VİDEO

Qubada ər arvadını öldürdü - Daha sonra isə…

Qubada ər arvadını öldürdü - Daha sonra isə…

BƏƏ İranda yerləşən Pars yatağına edilən hücumu PİSLƏDİ

BƏƏ İranda yerləşən Pars yatağına edilən hücumu PİSLƏDİ

"Eşref Rüya"da daha bir sima - FOTO

"Eşref Rüya"da daha bir sima - FOTO

“Beşiktaş” Polşa klubunun hücumçusu ilə MARAQLANIR

“Beşiktaş” Polşa klubunun hücumçusu ilə MARAQLANIR

İlham Əliyevin sosial media hesablarında Qarabağda keçirdiyi Novruz bayramları ilə bağlı VİDEOÇARX paylaşılıb

İlham Əliyevin sosial media hesablarında Qarabağda keçirdiyi Novruz bayramları ilə bağlı VİDEOÇARX paylaşılıb

ABŞ və İsrailin hücumlarından İranda Türkiyə vətəndaşı öldürülüb - FOTO

ABŞ və İsrailin hücumlarından İranda Türkiyə vətəndaşı öldürülüb - FOTO

Xanoba sakininin sevinci: "Biz buralara həsrətlə baxırdıq" - VİDEO

Xanoba sakininin sevinci: "Biz buralara həsrətlə baxırdıq" - VİDEO

FİFA İranın tələbini QƏBUL ETMƏDİ

FİFA İranın tələbini QƏBUL ETMƏDİ

End of content

No more pages to load

RADİO