Bakıda sərnişin avtobusu qadının ayaqlarının üstündən keçdi - FOTO

“Binə”x9d ticarət mərkəzi-“20 yanvar”x9d dairəsi marşrutu üzrə hərəkət edən 193 saylı sərnişin avtobusu qəza törədib. Sərnişin avtobusunun orta qapısından salona daxil olmaq istəyərkən sürücü maşını işə salıb. Nəticədə qadın yıxılıb və avtobusun arxa təkəri onun ayaqlarının üstündən keçib.

Moderator.az -ın məlumatına görə, bu barədə virtualaz.org saytına hadisə zamanı zərərçəkən Ağca Heydər qızı Abbasovanın yaxınları məlumat veriblər.

Şikayətçilərin sözlərinə görə, Səbayel rayonu, 20-ci sahə, Arif İsmayılov küçəsi, ev 13-də yaşayan Ağca Abbasova artıq üç dəfə əməliyyat keçirib: “Hadisə noyabrın 17-də baş verib. Sürücü Ağcanın minməsini gözləmədən avtobusu sürüb. Təkər qadının ayaqları üstündən keçib, ət sümükdən ayrılıb, yəni sümük qırılaraq ətə qarışıb”x9d.

Hadisə barədə Səbayel Rayon Polis İdarəsinə də məlumat verilib: “Sürücü qadına yardım göstərmədən qaçıb. Bu barədə Səbayel Rayon Polis İdarəsi 8-ci polis bölməsinə şikayət etmişik. Amma indiyədək sürücünü “tapa bilməyiblər”x9d. İşi araşdıran müstəntiq dedi ki, sürücü rayona gedib, gələn kimi izahat alacağıq. Ağca Abbasova dul qadındır, aptekdə xadiməlik edərək uşağını böyüdür. Onun əməliyyatı üçün qohumları bankdan kredit götürüblər. Həkimlər qadının hələ uzun müddət yeriyə bilməyəcəyini deyirlər. Bəs necə dolanacaq? Bankdan götürdüyü kreditləri necə ödəyəcək? Avtobusun məxsus olduğu şirkət də onunla maraqlanmayıb. Heç olmasa insanlıq naminə xəstəxanaya gedib onunla maraqlana bilərdilər”x9d.

Zərərçəkənin qohumları deyir ki, hadisə ilə bağlı müxtəlif qurumlara şikayət ediblər. Onlar sürücünün cəzalandırılmasını tələb edir və dövlət başçısından kömək istəyirlər.

Səbayel Rayon Polis İdarəsindən isə virtualaz.org saytına bildiriblər ki, hadisədən xəbərdardırlar: “Sürücü saxlanılacaq, polis bu fakt üzrə işləyir. Yəni işi araşdırırıq”x9d.

Onu da qeyd edək ki, 193 və 207 saylı avtobuslar “Binə”x9d ticarət mərkəzinin direktoru Kəbirə Məmmədovaya məxsusdur.

K.Məmmədovanın sahibi olduğu “Binə”x9d ticarət mərkəzindən isə suallarımıza elə sualla cavab verdilər: “Təsadüfən baş verən qəza nə vaxtdan cinayət sayılır ki? Niyə sizə şikayət edirlər?”x9d

Qeyd edək ki, son bir ildə 193 saylı marşrutla bağlı mətbuatda dəfələrlə məlumatlar yazılıb.

Oktyabrın 20-də “İçərişəhər”x9d metrosuna yaxın ərazidə, “Bəy hamamı”x9d yaxınlığında 77 saylı sərnişin avtobusu ilə 193 saylı sərnişin avtobusu toqquşub. Qəza nəticəsində xəsarət alanlar olub.

Sentyabrın 11-də, günün ikinci yarısında Bakının Səbayel rayonu ərazisində çəkilən videogörüntü yayılıb. ib. Neftçilər prospektində, “Dalğa Plaza”x9dnın qarşısında yaranmış tıxac zamanı 88 və 193 saylı marşrut avtobusları qarşı yola çıxaraq yüksək sürətlə hərəkət etməklə qəza şəraiti yaradıblar.

Oktyabrın 29-da Yasamal rayonunun H.Cavid prospektində dövlət qeydiyyat nişanı müəyyən edilməmiş 193 saylı xətt avtobusunun naməlum sürücüsünün qəflətən əyləci basması nəticəsində sərnişin, Bakı şəhər sakini, professor Vaqif Əbdülqasımov yıxılıb və o, xəstəxanaya yerləşdirilib. Ağır xəsarət alan V.Əbdülqasımov bir neçə dəfə əməliyyat olunsa da dünyasını dəyişib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Qarabağ” yeni transferinə nə qədər xərcləyib?

“Qarabağ” yeni transferinə nə qədər xərcləyib?

“Adam var, tər tökür, xaricdə oxuyur, o birisi də burada gəzir, möhlət istəyir…” – VİDEO

“Adam var, tər tökür, xaricdə oxuyur, o birisi də burada gəzir, möhlət istəyir…” – VİDEO

Kəskin rəqabətdə Azərbaycan namizədi BMT-də mühüm vəzifəyə seçildi

Kəskin rəqabətdə Azərbaycan namizədi BMT-də mühüm vəzifəyə seçildi

Dilarə Səlimdən vəzifəsindən azad edilməsi ilə bağlı AÇIQLAMA

Dilarə Səlimdən vəzifəsindən azad edilməsi ilə bağlı AÇIQLAMA

Şahmatçılarımız İtaliyada qızıl medal qazandılar - FOTO

Şahmatçılarımız İtaliyada qızıl medal qazandılar - FOTO

Hörmüz boğazından keçid pullu ola bilər- “Bloomberg”

Hörmüz boğazından keçid pullu ola bilər- “Bloomberg”

Tramp Avropanı 100 faizlik rüsumla HƏDƏLƏDİ

Tramp Avropanı 100 faizlik rüsumla HƏDƏLƏDİ

Hərbi təlimlərin keçirilmə səbəbi nədir ? - AÇIQLAMA

Hərbi təlimlərin keçirilmə səbəbi nədir ? - AÇIQLAMA

İllər sonra bir araya gəldilər - FOTOLAR

İllər sonra bir araya gəldilər - FOTOLAR

Hərbi xidmət müddəti azaldılacaq? – Rəsmi açıqlama

Hərbi xidmət müddəti azaldılacaq? – Rəsmi açıqlama

Vadji “Turan Tovuz”da qaldı

Vadji “Turan Tovuz”da qaldı

Kadır İnanırın videosu viral oldu - VİDEO

Kadır İnanırın videosu viral oldu - VİDEO

İsa Həbibbəylinin nadir əlyazma ilə davranışı gündəm oldu - VİDEO

İsa Həbibbəylinin nadir əlyazma ilə davranışı gündəm oldu - VİDEO

Füzulinin qəzəlini elə gözəl oxudu ki... - VİDEO

Füzulinin qəzəlini elə gözəl oxudu ki... - VİDEO

Silahlı Qüvvələr Günü ölkədə və xaricdə belə qeyd edildi – FOTO/VİDEO

Silahlı Qüvvələr Günü ölkədə və xaricdə belə qeyd edildi – FOTO/VİDEO

"Suraxanı bazarı" SÖKÜLÜR

"Suraxanı bazarı" SÖKÜLÜR

“Neftçi” Vernidubla müqaviləni uzatdı

“Neftçi” Vernidubla müqaviləni uzatdı

Gürcüstan parlamentinin iclasında DAVA: Deputatlar əlbəyaxa oldular - VİDEO

Gürcüstan parlamentinin iclasında DAVA: Deputatlar əlbəyaxa oldular - VİDEO

Tramp İranı atəşkəsi pozmaqda ittiham etdi - FOTO

Tramp İranı atəşkəsi pozmaqda ittiham etdi - FOTO

Səfirimiz Qazaxıstanın "Dostık" ordeni ilə təltif olundu

Səfirimiz Qazaxıstanın "Dostık" ordeni ilə təltif olundu

Türkiyədə fişəng fabrikində partlayış: Ölən və yaralanan var - VİDEO

Türkiyədə fişəng fabrikində partlayış: Ölən və yaralanan var - VİDEO

“Neftçi”nin aparıcı oyunçusu komandadan ayrıldı

“Neftçi”nin aparıcı oyunçusu komandadan ayrıldı

Müəllimlərin nəzərinə: Növbəti ildən sertifikasiyadan azad oluna bilərsiniz

Müəllimlərin nəzərinə: Növbəti ildən sertifikasiyadan azad oluna bilərsiniz

Dilarə Səlim vəzifəsindən AZAD EDİLDİ

Dilarə Səlim vəzifəsindən AZAD EDİLDİ

End of content

No more pages to load

RADİO