Moderator.az Almaniyanın "Bild" nəşrinə istinadən xəbər verir ki, DTK – nın keçmiş zabiti Vladimir Putinin Berlin divarının yıxılmasına qədər ADRxa0 Dövlət Təhlükəsizlik nazirliyinin əməkdaşı olması haqqında nazirliyin Drezdendəki arxivində vəsiqəsi tapılıb.xa0
“Verilir mayor Vladimir Putinə 31 dekabr 1985” - vəsiqədə yazılıb. Vəsiqədə onun imzası və üç aydan bir yenilənməsi haqqında möhür də var.
“İndiyədək məlum deyildi ki, Drezdendə işləyən Putin həm də çox pis ad çıxarmış”Ştazi” nin də vəsiqəsini daşıyıb. “Ştazi”xa0 vəsiqəsinə görə o problemsiz idarənin bölmələrinə giriş edə bilib. O bunnula da həm də agentləri cəlb edib, çünki vəsiqəni göstərməklə SSRİ DTK-da işlədiyini gizlədə bilirmiş.
“Bir şey aydın deyil, 1990-da geri dönən Putin nədən vəsiqəni məhv etmək əvəzinə onu təhvil verib”-nəşr qeyd edir.