Əlli yeddi il öncə aprelin 12-də Yuri Qaqarin kosmosa uçan ilk adam olub. Uçuş 1961-ci ilin bu günü Baykonur start məntəqəsində baş verir. “Vostok” gəmisindən uğurla kosmosa uçan Qaqarın göydə 108 dəqiqə dövr etdikdən sonra sağ-salamat yerə qayıdır. Aprel 14-də isə Yuri Qaqarin “Sovet İttifaqı Qəhrəmanı” adına layiq görülür.xa0

O, vaxtdan 12 aprel Rusiyada “Kosmonavtlar günü” kimi qeyd olunur. Qaqarin 27 mart 1968-ci ildə sınaq uçuşu zamanı təyyarə qəzasına uğrayaraq həlak olur..xa0

Yuri Qaqarin 1934-cü il martın 9-da kəndli ailəsində anadan olub. 1955-ci ildə hərbi xidmətə yollanır. Orenburq şəhərində aviasiya məktəbində təhsil alıb. Qaqarin iki tibbi ekspertizanı keçdikdən sonra 1960-cı ildən general Verşinin əmri ilə kosmik uçuşlar üçün hazırlıq komandasına qəbul edilib.xa0
Vasif Əlihüseyn