Əfqanıstanın paytaxtı Kabil şəhərindəki İmam Zaman məscidinə hücum nəticəsində ölənlərin sayı 30-a, yaralananların sayı isə 80-ə çatıb.
Virtualaz.org xarici KİV-ə istinadən xatırladır ki, bir neçə nəfər məscidə hücum edərək mühafizəçini qətlə yetirib və içəriyə daxil olublar.
“Reuters”x9d agentliyinin məlumatına görə, hücuma görə məsuliyyəti İŞİD terror qruplaşması öz üzərinə götürüb.