Bağırov partiyaya nifrət edən akademiki bu cür cəzalandırdı - TARİX

1945-ci ildə təsis edilən Azərbaycan Milli Elmlər Akademiyasının ilk prezidenti ilk akademikimiz, cərrah Mirəsədulla Mirqasımov olub.xa0
Amma Mirqasımovun prezidentlik fəaliyyəti o qədər də uzun olmayıb. İki ildən sonra, yəni 1947-ci ildə xa0zamanın xüsusi tələbləri və bu tələblərin qulu olan insanlar onu vəzifəsindən edirlər.xa0
Moderator.az bu yazıda akademik Mirqasımovun Azərbaycanın keçmiş rəhbərlərindən biri xa0Mircəfər xa0Bağırov tərəfindən necə cəzaya məruz qalması faktını təqdim edəcək

Mərhumun oğlu Xalq artisti, rejissor Oqtay Mirqasımov televiziya müsahibələrinin birində atasına olan sayqısızlığı bu cür əsaslandırıb:

“O zaman yüksək vəzifələrə çatmaq arzusuyla yaşayanlar xa0Kommunist Partiyasının üzvü olmağa can atırdılar. Çünki bunsuz məqsədlərinə çatmaları çətin idi. Atam isə öz nüfuzu, savadı sayəsində vəzifələrə yüksəlir, ancaq Kommunist Partiyasına üzv olmurdu. Dostları, yaxınları onu qorumaq üçün məsləhət görürdülər ki, ərizə yazıb partiyaya keçsin. O isə bunu etmirdi. Bir gün Mircəfər Bağırov filarmoniyada keçirilən iclasda Azərbaycan Elmlər Akademiyasının təşkilatçısı və ilk prezidenti Mirəsədulla Mirqasımova deyir:

- Bitərəfliyiniz yetər, yoldaş Mirqasımov, Kommunist Partiyasına üzv olmalısınız.
- Bu, mümkün deyil, yoldaş Bağırov.
- Bu nə sözdür?
- Mən bir dəfə and içmişəm, o da Hippokrat andı. Həm də mən Allaha inanıram.

Salondakılar birinci katiblə alimin arasında gedən bu söhbətdən təşvişə düşüblər. Atam müdrik insan idi. Bu söhbətin onun üçün necə nəticələr verə biləcəyini söz yox ki, götür-qoy etmişdi. Mircəfər Bağırova o qədər adamın yanında kəskin şəkildə “yox”x9d dediyinə görə azadlığına, bəlkə də həyatına “əlvida”x9d deyə bilərdi. Sadəcə, öz prinsiplərindən, qürurundan əl çəkmək, güzəştə getmək ona yad idi. Bunu Bağırov da yaxşı bilirdi.
O, birinci katibin reaksiyasını çox gözləməli olmayıb. İclasdan çıxıb piyada işə gəlməsi on dəqiqə çəkib. İçəri girəndə görüb ki, nə katibəsi, nə də köməkçisi yerindədir. Kabineti isə möhürlənib. Kommunist Partiyasının üzvü olmaqdan imtina edən Mirəsədulla Mirqasımov akademiyanın prezidenti vəzifəsindən azad olunub”x9d.

Mərhum akademik İsmayıl İbrahimov bu sətirlərin müəllifinə verdiyi müsahibəsində Mirəsədulla Mirqasımov haqqında ürəkdolusu danışıb. Onun danışdığı xatirənin də qəhrəmanları Bağırov və Mirqasımovdur:

“1945-ci il aprel ayının 23-ü idi. Müharibənin qurtarmasına az qalmışdı. Mən o zaman batalyon komandiri kimi telefonun yanında idim. Birinci katib Mircəfər Bağırov, icraiyyə komitəsinin rəhbəri Mirqasımov və Nazirlər Sovetinin sədri Teymur Quliyevin adından teleqram aldıq. Orada bildirilirdi ki, Azərbaycanda sovet quruculuğunun 25 illiyinin tamam olması münasibətilə sizi və nümayəndə heyətinizi bura dəvət edirik. O zaman biz Azərbaycan diviziyasında döyüşdüyümüz üçün teleqram yalnız bizə göndərilmişdi. Teleqramı diviziya komandirinə çatdırdılar. Ona verdikdən bir neçə dəqiqə sonra məni çağırıb dedi ki, siz 4 azərbaycanlı əsgər götürüb zabit kimi Azərbaycanın 25 illiyinə gedin. Aprelin 28-i bu təqvim qeyd olunurdu. Mən də 4 azərbaycanlı əsgəri götürüb Bakıya gəldim. Bizi çox yaxşı qəbul etdilər. Necə oldusa, bizi Azərbaycanda cəmi bir ay idi yaranan Elmlər Akademiyasına apardılar. Akademiya 1945-in martında yaranıb. Akademiya prezidenti o vaxt Mirəsədulla Mirqasımov idi. Çox gözəl söhbətimiz alındı. Müharibədən danışdıq. Deməli, mən hələ müharibədə olan zaman akademiya prezidenti ilə görüşdüm. Onunla söhbət çox gözəl təsir bağışladı. Söhbət zamanı baş verən bir hadisə heç yadımdan çıxmır. Telefona zəng gəldi, Mirəsədulla dəstəyi qaldırdı, kiminlə danışdığı məlum deyildi. Mirəsədulla üç dəfə təkrarladı ki, “mən bu qanunsuzluğu edə bilmərəm”x9d. Telefondakı adam yenə nəsə dedi. O bir də dedi ki, “mən qanunu poza bilmərəm”x9d. Axırda Mirqasımov telefondakı adamın adını çəkdi: “Yoldaş Bağırov, mən bu qanunsuzluğu edə bilmərəm!”x9d, - deyib telefonun dəstəyini yerə qoydu. Sən demə, Mərkəzi Komitənin birinci katibi Mircəfər Bağırovla danışırmış və ard-arda bir neçə dəfə “mən bu qanunsuzluğu edə bilmərəm”x9di də ona deyirmiş. Doğrudur, biz bilmədik ki, onlar konkret hansı qanunsuzluqdan danışırdılar. Amma Bağırova o cür etirazı məndə Mirəsədulla Mirqasımova böyük hörmət yaratdı”x9d.xa0

Elmin Nuri
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Qlobal smartfon bazarında çöküş - Səbəbi İran müharibəsidir

Qlobal smartfon bazarında çöküş - Səbəbi İran müharibəsidir

Tatlıses əməliyyat olundu – FOTO

Tatlıses əməliyyat olundu – FOTO

İran-ABŞ danışıqları: Müzakirələr axşam da davam edir

İran-ABŞ danışıqları: Müzakirələr axşam da davam edir

Pendirin artıq duzu necə çıxarılır?

Pendirin artıq duzu necə çıxarılır?

Hörmüz boğazı ilə bağlı danışıqlar DAYANDIRILDI

Hörmüz boğazı ilə bağlı danışıqlar DAYANDIRILDI

“Neftçi” “Araz Naxçıvan”a qalib gəldi - VİDEO

“Neftçi” “Araz Naxçıvan”a qalib gəldi - VİDEO

“İran əleyhinə kampaniya bitməyib...” - VİDEO

“İran əleyhinə kampaniya bitməyib...” - VİDEO

Məşhurların narkotest nəticələri AÇIQLANDI

Məşhurların narkotest nəticələri AÇIQLANDI

Netanyahu Livana ŞƏRT QOYDU

Netanyahu Livana ŞƏRT QOYDU

Keçmiş deputatın oğlu VƏFAT ETDİ

Keçmiş deputatın oğlu VƏFAT ETDİ

“Sabah” – “Zirə” oyununda heç-heçə - VİDEO

“Sabah” – “Zirə” oyununda heç-heçə - VİDEO

Pezeşkiandan ABŞ-İran danışıqları ilə bağlı PAYLAŞIM: “...bir dəqiqə belə dayanmayacaq”

Pezeşkiandan ABŞ-İran danışıqları ilə bağlı PAYLAŞIM: “...bir dəqiqə belə dayanmayacaq”

Küveytin hava məkanı yenə açılmadı - İrana görə...

Küveytin hava məkanı yenə açılmadı - İrana görə...

Bu evlərə su, işıq və qaz verilməyəcək - VİDEO

Bu evlərə su, işıq və qaz verilməyəcək - VİDEO

Kanala düşərək ölən 7 yaşlı Aylinin FOTOSU

Kanala düşərək ölən 7 yaşlı Aylinin FOTOSU

“Lüfthansa”nın pilotları tətil elan etdilər

“Lüfthansa”nın pilotları tətil elan etdilər

Tramp: Hörmüz boğazı tezliklə açılacaq

Tramp: Hörmüz boğazı tezliklə açılacaq

Qubada ağır QƏZA: 4 nəfər xəsarət alıb

Qubada ağır QƏZA: 4 nəfər xəsarət alıb

Dəmlikdə qalan çayı atmayın - istifadə sahələri açıqlanıb

Dəmlikdə qalan çayı atmayın - istifadə sahələri açıqlanıb

“Arsenal” öz meydanında uduzdu – VİDEO

“Arsenal” öz meydanında uduzdu – VİDEO

"Mən də atam kimi mahnı oxumaq istəyirəm" - VİDEO

"Mən də atam kimi mahnı oxumaq istəyirəm" - VİDEO

İran-ABŞ danışıqları: Birinci mərhələ yekunlaşdı

İran-ABŞ danışıqları: Birinci mərhələ yekunlaşdı

İraqın yeni prezidenti İLK ÇIXIŞINI edib

İraqın yeni prezidenti İLK ÇIXIŞINI edib

ADSEA sədri: 7 aya yağan yağış iki gündə yağdı - VİDEO

ADSEA sədri: 7 aya yağan yağış iki gündə yağdı - VİDEO

End of content

No more pages to load

RADİO