2 gün əvvəl Bakının Suraxanı rayonu, “Günəşli”x9d qəsəbəsində bədbəxt hadisə zamanı ağır xəsarət alan şəxs ölüb.
Moderator.az-ın Lent.az-a istinadən məlumatına görə, qəsəbədəki avtotəmir sexində texniki nasazlıq səbəbindən kranla qaldırılmış avtomobil 32 yaşlı maşın ustası Seymur Qurbanovun başına düşmüşdü.
Xəstəxanaya yerləşdirilən usta həkimlərin səyinə baxmayaraq, vəfat edib.