İyunun 24-də Milli Azadlıq Hərəkatının lideri, eks-prezident Əbülfəz Elçibəyin anadan olmasından 78 il ötür.
Moderator.az iyun ayını Elçibəy ayı elan edib. Bu münasibətlə saytda Elçibəylə bağlı müxtəlif səpkili yazılar oxuculara təqdim olunacaq. İndi onlardan birini təqdim edirik:
Elçibəy Haqq adamı idi. Kim olur-olsun, doğma qardaşı da olsa əgər Haqq düşməninin tərəfində olsaydı, yenə də Haqqı müdafiə edəcəkdi.
Bunu sübut edən bir fakt:
Akademik Həsən Abdullayevin qızı namizədlik dissertasiyası müdafiə edirmiş. Həsən müəllimlə akademik Ziya Bünyadovun arasında inciklik varmış. Bu səbəbdən də onun qızının müdafiə etməsinə mane olmaq istəyib. Bu zaman Elçibəy etiraz edib. Deyib ki: 'Ziya müəllim, siz mənim müəllimim olmusunuz, sizə böyük hörmətim var. Onu da bilirəm ki, təkəbbürlü adamsınız. Ancaq Haqqa qarşı çıxmaq olmaz! Siz də bilirsiniz ki, dissertasiya yaxşı yazılıb və müdafiəyə layiqdir. Ona mane olmaq ədalətsizlikdir. Davanız varsa gedin Həsən müəllimlə eləyin!'
Beləliklə, Elçibəyin bu etirazından sonra Ziya müəllim dissertasiyanı qəbul edib...