Hesab edirəm ki, Rusiyada yaşayan soydaşlarımız, diaspor təşkilatlarımız NTV telekanalının təxribatına etirazını bu qurumun rəhbərliyinə və üzvlərinə mütləq ciddi şəkildə çatdırmalı və bu məsələni ictimailəşdirməlidir.
Moderator.az xəbər verir ki, belə bir bəyanatla millət vəkili Qənirə Paşayeva çıxış edib:
"Eyni zamanda harada yaşamasından asılı olmayaraq insanlarımız sosal media üzərindən də NTV-nin təxribatına etirazını kanala çatdırmalıdır. Təssüf ki, Rusiyanın bir sıra KİV-ləri yenə də öz təxribat və yalanlarından əl çəkmirlər".
Qeyd edək ki, adıçəkilən telekanal Region TV-nin Azərbaycanın cəbhə bölgəsində lentə aldığı kadrları Ermənistan tərəfinə aid edərək, 2 erməni uşağının öldüyünü bildirib.
Region TV xəbər verir ki, NTV telekanalı yayımladığı sujetdə qondarma “Dağlıq Qarabağ Respublikası”x9dnın Moskvadakı nümayəndəsi Albert Andryanın açıqlamalarına da yer verərək ikinci təxribata əl atıb.