“Mənim kimi rejissorciyəzlər də südəmər artistlərə düzəm verirdik...”x9d

...Qayıdırdım. Payı piyada. Ağdamın Qalaycılarından üzü Papravəndə tərəf. Silahlar susmuşdu. Elə bil müharibə yox idi. Günəş də səhərin qırovunun belini sındırmağa qalxmışdı elə bil. Sağ tərəfdəki dağların meşəlikləri hələ də yaşıl idi. Yəqin əzgil indi yumşalıb, yeməli vaxtıdır. Ac olduğumdan ağzım sulandı yaman. Nəsə hec kim görünmürdü ətrafda. Elə bil sakit Sovet vaxtı idi, hamı cıxıb getmişdi işinə. Evdə qalan ancaq körpələr və evin nizamını nizamlayan qadınlar qalmışdı. Amma burada artıq ev yox idi. Daha doğrusu müharibənin səmum yelinin apardığı evlərdə insan yox idi. Bir mən idim yolda, bir də günəşin əyib-üydüyü kölgəm. Hərdən özümü böyük müharibənin qalibi olan əsgərin evə qayıtdığı kimi hiss edirdim. Baxmayaraq ki, evim Bakıda idi, lakin daha bir evim vardı Ağdamda. 6 nömrəli məktəb. Lövhəsində hansısa uşağın tabaşirlə cəkdiyi naşı Azərbaycan bayrağı olan sinfin icində olan otağım və carpayım. Əlim gəlmirdi toxunam o lövhəyə. Bəlkə də inandığım ücün ki, bu murdar müharibə qurtarandan sonra, mənim murdar cismim və carpayım bu sinifdən yığışandan sonra o uşaq gələcək və bu sinifdə, o lövhədə yarımcıq qalmış bayrağıın qalan hissələrini cəkib, müəllimindən 5 alıb, sevinə-sevinə anasına göstərəcəkdi bu qiyməti...
Mənsə qayıdırdım. Ağır bir gecə yaşamışdıq. Maniklidə Tekstilni deyilən yüksəklikdə az olmağımıza baxmayaraq böyük düşmən qüvvəsini geri oturtmuşduq. Şəhidlərimiz vardı. 
Belə götürəndə yəqin mən də Şəhid idim bu müharibə başlayandan. Lakin Əzrayıl hələ mənə yaxın gəlmirdi-yaxud hələ Allahım mənim şəhadətimi qəbul eləmirdi.
Qayıdırdım-payi piyada. Əllərimin donu acılmış ovcunu yolda bitmiş və günəşdən dircəlmiş kollara sürtə-sürtə. Hərdən həyətlərə evlərə də boylanırdım. Elə arzulayırdım ki, kimsə məni o boş qalmış evlərdən, həyətlərdən səsləsin. Qaranquş bahara cuman kimi cumardım ora. Coxdan idi ev, ocaq, soba yanında çay arzusunda idim. Allahın altında arzuma bax ee mənim. Nə restoranlar, nə bahalı maşınlar, nə də heç nə. Qalın sovet stəkanında soba üstündə dızıldayan çaynikin çayı. Bir bu yazıq ayaqlarımı isti suda yuyardım, qurulayardım. Sobaya qısılıb bəlkə Kanar adalarında hiss edərdim özümü. Çirkli paltarlarımla, solyarka iyi verən buşlatımla...
Amma yox. Heç kim yoxdu. Heç hənirti də. Sanki insanlar incimişdi məndən. Sanki onlar artıq yorulmuşdu müharibələrdən və çıxıb getmişdilər buralardan. Mənim kimi silah adamlarının üzündən. 
Papravəndə çatırdım. Moykanın yanından asfalta cıxıb üzü Ağdamın mərkəzinə tərəf yol alanda yoldan keçən maşın məni götürdü. Yerli kənd adamlarından idi. O zamanların məhşur suallarından birincisi gəldi ünvanıma: Bu işlərin axırı necə olacaq?
Mən də bilmək istəyirdim. Amma bilmirdim. Mən sadə bir rejissor idim o zaman. Yazılmış ssenarinin kiçik bir epizodunun rejissoru. Ssenarini isə yazan yazmışdı, Moskvada, Bakıda. Mənim kimi rejissorciyəzlər də südəmər artistlərə düzəm verirdik o zaman. Sözsüz ki ,"bu işlərin axırı" bizə verilən ssenaridə yox idi. Ola da bilməz idi. Sadəcə ona görə ki, biz ssenaristlər üçün "rasxodnoy material" idik. Dəftərxana skrepkası kimi. Bizi hansısa vərəqlərin üstünə vurub, sonradan zibil qutusuna atacaqdılar... 
Məktəbə çatdım. Otağıma girməmiş çapar qaçaraq özünü mənə çatdırdı: Güneypəyədən düşmən qalxıb hücuma, Qalayçılara, ordan da Manikliyə qayıdın.
İndi yenə yoldayam. Həmən yolda. Sadəcə sakitliyi BMP - nin gurultusu pozur. Yenə həyətlərə boylanıram. Həsrətlə. Bəlkə kimsə var? Bəlkə kimsə çağırdı. Bu çağırışla bəlkə müharibə də bitərdi? Bəlkə də hər şey başqa olardı.
Amma yoxdu heç kim. Biz vardıq. Müharibə adamları. Ölümə gedən və ölüm gətirənlər. Bundan axmaq peşə yoxdur dünyada məncə.
Qayıtdıq. Maşınlardan boşalıb yenidən yuxarıya yol aldıq. 
Bəlkə bu gün mənim günümdü və Allah Şəhidliyimi qəbul edəcək...

Abuzər Əbilov, "İkiüzlü iblis" romanı.
(Vətən döyüşü gündəliyindən - hələ yazılmamış)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Nar görün hansı xəstəliyin güclü DƏRMANI İMİŞ

Nar görün hansı xəstəliyin güclü DƏRMANI İMİŞ

Hakan Fidan: “ABŞ ilə İran arasında danışıqlar gedir”

Hakan Fidan: “ABŞ ilə İran arasında danışıqlar gedir”

Ukrayna millisi QARƏT OLUNDU

Ukrayna millisi QARƏT OLUNDU

Hakan Fidan: “İsrailin bu üsuluna sonuncu dəfə Stalin əl atmışdı” - VİDEO

Hakan Fidan: “İsrailin bu üsuluna sonuncu dəfə Stalin əl atmışdı” - VİDEO

"Belə nəticə gözləmirdim" - Sent Lüsiya millisinin baş məşqçisi

"Belə nəticə gözləmirdim" - Sent Lüsiya millisinin baş məşqçisi

Nanə əməliyyat olundu

Nanə əməliyyat olundu

Hakan Fidan: “İsrailin ABŞ siyasətinə təsiri getdikcə daha aydın görünür” - VİDEO

Hakan Fidan: “İsrailin ABŞ siyasətinə təsiri getdikcə daha aydın görünür” - VİDEO

Naftalanda qəza olub, ölən var - VİDEO

Naftalanda qəza olub, ölən var - VİDEO

“Kimin daxilində nə var, elə fikirləşir” - Ayxan Abbasov

“Kimin daxilində nə var, elə fikirləşir” - Ayxan Abbasov

Əraqçi: “İsrail İranın ən böyük iki poladəritmə zavoduna hücum edib”

Əraqçi: “İsrail İranın ən böyük iki poladəritmə zavoduna hücum edib”

Səhhətində problem yaranan Murad Dadaşovun yeni görüntüsü YAYILDI - FOTO

Səhhətində problem yaranan Murad Dadaşovun yeni görüntüsü YAYILDI - FOTO

Sabunçu tuneli bağlandı - VİDEO

Sabunçu tuneli bağlandı - VİDEO

Ölkə ərazisində yağış güclənib, subasma halları davam edir - FAKTİKİ HAVA

Ölkə ərazisində yağış güclənib, subasma halları davam edir - FAKTİKİ HAVA

Hakan Fidan İsraili regionu uzunmüddətli münaqişəyə cəlb etməkdə İTTİHAM ETDİ

Hakan Fidan İsraili regionu uzunmüddətli münaqişəyə cəlb etməkdə İTTİHAM ETDİ

“Yuventus” Levandovski ilə danışıqlara BAŞLADI

“Yuventus” Levandovski ilə danışıqlara BAŞLADI

Rubio: “Yaxın Şərqdəki bütün bəlaların günahkarı İrandır”

Rubio: “Yaxın Şərqdəki bütün bəlaların günahkarı İrandır”

84 yaşlı qadın süni intellektin yaratdığı kişiyə aşiq oldu

84 yaşlı qadın süni intellektin yaratdığı kişiyə aşiq oldu

İran səmasında 50-dən çox qırıcı təyyarə görünüb - VİDEO

İran səmasında 50-dən çox qırıcı təyyarə görünüb - VİDEO

Türkiyə millisində CİDDİ İTKİ

Türkiyə millisində CİDDİ İTKİ

"Hürrəm Sultan" QAYITDI

"Hürrəm Sultan" QAYITDI

“Təhlükəsizlik zəmanətləri müharibə bitməyənə qədər qüvvəyə minməyəcək” - Rubio

“Təhlükəsizlik zəmanətləri müharibə bitməyənə qədər qüvvəyə minməyəcək” - Rubio

Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağır - FAKTİKİ HAVA

Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağır - FAKTİKİ HAVA

Tolikin qızının ad günündə kövrək anlar YAŞANDI - VİDEO/EKSKLÜZİV

Tolikin qızının ad günündə kövrək anlar YAŞANDI - VİDEO/EKSKLÜZİV

İntensiv yağışlarla əlaqədar ADSEA gücləndirilmiş iş rejimində ÇALIŞIR

İntensiv yağışlarla əlaqədar ADSEA gücləndirilmiş iş rejimində ÇALIŞIR

End of content

No more pages to load

RADİO