Report-un məlumatına görə, hadisə rayonun Gərənə kəndində qeydə alınıb.
Kənd ərazisində müvvəqəti məskunlaşan Kəlbəcərdən olan məcburi köçkün Amil Quluyev sirkə turşusu içib. Xəstəxanaya yerləşdirilən 56 yaşlı kişinin həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı Bərdə Rayon Prokurorluğunda araşdırma aparılır.
Amil Quluyev əvvəllər Kəlbəcər rayon icra hakimiyyətində kənd icra nümayəndəsi vəzifəsində calışıb. Bir neçə il bundan əvvəl tutduğu vəzifədən uzaqlaşdırılıb.
Xatırladaq ki, bu gün daha iki intihar hadisəsi baş verib. Bakıxanov qəsəbəsində, 1990-cı il təvəllüdlü Ayişə Dadaşova adlı şəxs özünü yaşadığı binanın 19-cu mərtəbəsindən ataraq intihar edib. Həmçinin Bakı Metropoliteninin “Azadlıq prospekti”x9d stansiyasının yaxınlığında 1981-ci il təvəllüdlü Malik Hüseynov üzərinə neft məhlulu tökərək özünü yandırmağa cəhd edib.