OpenAI-nin Maliyyə Direktoru (CFO) Sarah Friar şirkətin gələcək planları, süni intellektin qlobal inkişafı və yeni texnoloji cihazlar barədə mühüm açıqlamalar verib.
Bizim.Media xəbər verir ki, bu barədə o, qonaq olduğu "All-In Podcast" verilişində danışıb.
Friar şirkətin iqtisadi tədqiqatlar qrupunun məlumatlarına əsaslanaraq bildirib ki, hazırda platformada ən sürətlə böyüyən dillər arasında Azərbaycan və Qazax dilləri ilk sıralardadır.
O vurğulayıb ki, bu tendensiya süni intellekt texnologiyalarının təkcə ənənəvi böyük bazarlarda deyil, bütün dünyada necə böyük sürətlə yayıldığını və gündəlik həyata inteqrasiya olunduğunu sübut edir.
Texnologiya həvəskarlarını ən çox maraqlandıran xəbərlərdən biri isə OpenAI-nin üzərində işlədiyi yeni istehlakçı cihazı ilə bağlı açıqlamalar olub.
Cihazın bu ilin sonuna yaxın təqdim edilməsi və gələn ilin əvvəlində bazara çıxarılması gözlənilir.

Bizim.Media