İranın Kərəc şəhərində əsas körpüyə ABŞ tərəfindən növbəti dəfə zərbə endirilib.
Bizim.Media xəbər verir ki, İranın rəsmi mediasının məlumatına görə, ikinci raket zərbəsi axtarış-xilasetmə qrupları körpüdə olarkən həyata keçirilib.
Hücumlar nəticəsində 8 nəfər ölüb, 95 nəfər yaralanıb.
Xatırladaq ki, 28 fevralda İsrail və ABŞ İrana qarşı əməliyyatlara start verib. Bu hücumlara cavab olaraq İran "Əsl vəd 4" əməliyyatına başlayıb. İranın raket və dron hücumları təkcə İsraili və ABŞ hərbi obyektlərini deyil, eyni zamanda bir sıra region ölkələrini hədəf alıb.
Bizim.Media