Xalq artisti Rasim Balayevlə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında vida mərasimi keçirilir.
Bizim.Media xəbər verir ki, mərasimdə ölkənin ədəbi-ictimai xadimləri, Mədəniyyət Nazirliyinin təmsilçiləri, media nümayəndələri iştirak edirlər.
Qeyd edək ki, R.Balayev ötən gün İstanbulda müalicə aldığı xəstəxanada vəfat edib. Onun cənazəsi gecə saatlarında Bakıya gətirilib.
Xalq artisti Birinci Fəxri xiyabanda dəfn olunacaq.
Bizim.Media