Qusarda mətbəx və mədəniyyətin qovuşduğu məkan - “Xıdır”ın 23 illik UĞUR HEKAYƏSİ VİDEO

Qusar mətbəxinə səyahət etmək istəyən hər kəs üçün “Xidir” restoranı artıq bir simvola çevrilib. Burada həm Azərbaycan, həm də Ləzgi mətbəxinin ən dadlı təamları təqdim olunur, hər yemək diqqətlə hazırlanır və müştərilərə səmimi qonaqpərvərliklə təqdim edilir. 

Restoranın interyeri və dekorasiyasında Qusarın tarixi, qədim məişət əşyaları və əl işləri ilə bəzədilmiş guşələr, həmçinin sahibkarın öz dizayn toxunuşları müşahidə olunur, bu isə məkanı sadəcə yemək yeri deyil, həm də mədəniyyət və estetik zövq məkanı halına gətirir.

Maraqlıdır ki, bu məşhur restoranın adı təsadüfən seçilməyib – o, birbaşa sahibinin, Xidir Zeynalovun adını daşıyır.

Bu ad yalnız bir şəxsiyyətin simvolu deyil, həm də onun uzun illər ərzində yaratdığı zəhmətin və ticarətə olan sənətkar baxışının nişanəsidir. Kiçik bir çayxanadan başlayaraq, illər ərzində restoran şəbəkəsinə çevrilən “Xidir” insanlara xidmət sevgisinin canlı təcəssümüdür. Burada hər kəs sadəcə yemək yemir, tarix, zəhmət və mədəniyyət bir masa arxasında birləşir. Bir sözlə hər ziyarətçi bu füsunkar atmosferin bir hissəsinə çevrilir.
 

Bu gün artıq 21 ildir ki, “Xidir” restoranı rəsmi olaraq fəaliyyət göstərir və illər keçdikcə onun müştərilərinin sayı durmadan artır. Təkcə Qusar sakinləri deyil, ölkənin müxtəlif bölgələrindən gələn qonaqlar və turistlər də bu məkanı seçirlər.


Restoranın qonaqları arasında tanınmış şəxslər də az olmayıb. Sahibkarın sözlərinə görə, Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze də tez-tez bu məkana baş çəkir. Maraqlısı isə odur ki, Xidir Zeynalov səfirlə bəzən gürcü dilində söhbət edir.

Ətraflı Bizim.Media-nın hazırladığı videosüjetdə:


Aytəkin Alxaslı, İntiqam İbrahimov, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Dəfnə yarpağı və zeytun yağının diz ağrılarına FAYDALARI

Dəfnə yarpağı və zeytun yağının diz ağrılarına FAYDALARI

Stasionar telefonlara maraq artır

Stasionar telefonlara maraq artır

“Qarabağ” bu futbolçunu baxışa çağırdı

“Qarabağ” bu futbolçunu baxışa çağırdı

Gədəbəydə 2 yaşlı uşaq epilepsiyadan dünyasını dəyişdi

Gədəbəydə 2 yaşlı uşaq epilepsiyadan dünyasını dəyişdi

Ötən gün ölkədə 8 avtomat, 2 pulemyot və digər silah-sursatlar aşkarlandı

Ötən gün ölkədə 8 avtomat, 2 pulemyot və digər silah-sursatlar aşkarlandı

Azərbaycanda əczaçılıq məhsullarının idxalı azalıb, istehsal isə artıb

Azərbaycanda əczaçılıq məhsullarının idxalı azalıb, istehsal isə artıb

Sabahın HAVASI: Yağış intensivləşəcək, subasma gözlənilir

Sabahın HAVASI: Yağış intensivləşəcək, subasma gözlənilir

Millimiz bu gün Portuqaliya ilə qarşılaşır

Millimiz bu gün Portuqaliya ilə qarşılaşır

Toy etmək istəyənlərin NƏZƏRİNƏ: Qiymətlər dəyişib? - VİDEO

Toy etmək istəyənlərin NƏZƏRİNƏ: Qiymətlər dəyişib? - VİDEO

Dünya səyyahları Zəngilanda – FOTO

Dünya səyyahları Zəngilanda – FOTO

Zaqatalada kafe yandı – FOTO

Zaqatalada kafe yandı – FOTO

Ən depressiv 5 BÜRC

Ən depressiv 5 BÜRC

DÇ-2026: Pley-off mərhələsində yarımfinal başa çatdı

DÇ-2026: Pley-off mərhələsində yarımfinal başa çatdı

Səidə Bəkirqızı ölümlə təhdid olundu - FOTOLAR/ÖZƏL

Səidə Bəkirqızı ölümlə təhdid olundu - FOTOLAR/ÖZƏL

Könül Kərimova ən böyük arzusunu gerçəkləşdirəcək

Könül Kərimova ən böyük arzusunu gerçəkləşdirəcək

Barmağında sıxışan üzüyü belə çıxardılar – VİDEO

Barmağında sıxışan üzüyü belə çıxardılar – VİDEO

Prezident Gürcüstan səfirliyində - Başsağlığı verdi – FOTO

Prezident Gürcüstan səfirliyində - Başsağlığı verdi – FOTO

Bu 6 amil qaraciyəriniz üçün təhlükə yaradır – Həkimdən XƏBƏRDARLIQ

Bu 6 amil qaraciyəriniz üçün təhlükə yaradır – Həkimdən XƏBƏRDARLIQ

Goranboyda 34 yaşlı kişi BIÇAQLANDI

Goranboyda 34 yaşlı kişi BIÇAQLANDI

Qusarda mətbəx və mədəniyyətin qovuşduğu məkan - “Xıdır”ın 23 illik UĞUR HEKAYƏSİ – VİDEO

Qusarda mətbəx və mədəniyyətin qovuşduğu məkan - “Xıdır”ın 23 illik UĞUR HEKAYƏSİ VİDEO

Bu bürclərə ulduzlardan şans yağacaq

Bu bürclərə ulduzlardan şans yağacaq

Mert məşhur yazarın nəvəsi ilə sevgilidir - Foto

Mert məşhur yazarın nəvəsi ilə sevgilidir - Foto

Rusiyanın Azərbaycandan tranzit keçməklə İrana göndərdiyi humanitar yardım təhvil verildi - FOTO

Rusiyanın Azərbaycandan tranzit keçməklə İrana göndərdiyi humanitar yardım təhvil verildi - FOTO

Prokurorluq Bakıdakı silahlı insdentlə bağlı MƏLUMAT YAYDI

Prokurorluq Bakıdakı silahlı insdentlə bağlı MƏLUMAT YAYDI

End of content

No more pages to load

RADİO