İranın xarici işlər naziri Abbas Əraqçi ölkəsinin Rusiya ilə hərbi əməkdaşlığı barədə açıqlama verərək, bunun yenilik olmadığını qeyd edib.
Bizim.Media xəbər verir ki, bu barədə NBC məlumat yayıb.
“Əməkdaşlıq keçmişdə də olub və davam edəcək. Rusiya bizə bir çox fərqli sahələrdə kömək edir”, - deyə nazir əlavə edib.
Nazir Rusiya kəşfiyyatının İrana Yaxın Şərqdəki ABŞ hərbi obyektlərinin aşkar edilməsi barədə kömək etməsi ilə bağlı açıqlama verməyib.
Bizim.Media