İran yenidən ərəb ölkələrində yerləşən ABŞ hərbi bazalarına zərbələr endirir. Dubayda (BƏƏ) və Ərbil şəhərində (İraqın şimalı) ard-arda bir neçə güclü partlayış baş verib.
Bizim.Media xəbər verir ki, bu barədə İran KİV-ləri yazıb.
Bəhreynin paytaxtı Manamada yerləşən binalardan birinə zərbə endirilib.
Bundan əlavə, Dubay hava limanına da hücum edildiyi bildirilir. İordaniyanın paytaxtı Əmmanda və bir neçə digər şəhərdə hava həyəcanı siqnalları səslənir.
Bizim.Media