Hacıqabul rayonunda yanvarın 30-da yerli vaxtla saat 16:53-də palçıq vulkanının püskürməsi qeydə alınıb.
Bizim.Media xəbər verir ki, bu barədə Respublİka Seysmoloji Xİdmət Mərkəzi (RSMX) məlumat yayıb.
Bildirilib ki, palçıq vulkanının püskürməsi AMEA nəzdində RSXM-nin vulkanətrafı seysmik stansiyaları tərəfindən qeydə alınıb. RSXM-nin "Zəlzələ ocaqlarının dinamikası" şöbəsinin məlumatına əsasən, palçıq vulkanının püskürməsi 13 dəqiqə davam edib, bir faza ilə xarakterizə olunub.
Püskürmənin dərinliyi 3 kilometr, püskürmə nəticəsində ayrılan enerji "3.38×10^6 coul" olub.
***17:56
Hacıqabul rayonu ərazisində yerləşən Haramı dağında palçıq vulkanı püskürüb.
Bizim.Media “apa.az”a istinadən xəbər verir ki, bir neçə saniyə püskürən palçıq vulkanı hündürlüyə qalxan alovla müşayiət edilib.
Vulkan püskürməsi Bakı-Qazax magistralından, Hacıqabul ərazisində yerləşən bir neçə kənddən müşahidə olunub.
Bizim.Media