İçərişəhərdə təlim keçirildi - FOTO/VİDEO

Fövqəladə Hallar Nazirliyi (FHN) Baş əməliyyat idarəsinin təşkilatçılığı ilə "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin ərazisində "Fövqəladə hallar zamanı xəbərdarlığın təşkili, dağıntılar altında qalanların axtarışı və qəza-xilasetmə işlərinin aparılması zamanı qüvvə və vasitələrin idarə edilməsi" mövzusunda taktiki-xüsusi təlim keçirilib.

Bizim.Media xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Təlimin keçirilməsində məqsəd Qoruğun ərazisində yaşayan əhalinin və fəaliyyət göstərən obyektlərin əməkdaşlarının üzləşə biləcəyi fövqəladə hallarla bağlı məlumatlandırılması, fövqəladə hallar zamanı fəaliyyət üzrə əməliyyat və qarşılıqlı fəaliyyətin təkmilləşdirilməsi və bu istiqamətdə mövcud planların reallığının yoxlanılması, habelə müvafiq maarifləndirmə işinin aparılması olub.

Tədbirə FHN və "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin ümumilikdə 46 nəfərdən ibarət şəxsi heyəti və 6 xüsusi texnikası cəlb edilib.

Təlim praktiki və nəzəri hissədən ibarət olub.
 

Təlimin nəzəri hissəsində FHN əməkdaşları tərəfindən "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin əməkdaşlarına fövqəladə hallar və bunlarla bağlı davranış qaydaları, o cümlədən təxliyənin təşkili məsələləri barədə geniş məlumat verilib, suallar cavablandırılıb.


Təlimin praktiki hissəsində Qoruğun ərazisində baş vermiş şərti yanğınla müşayiət olunan "partlayış"la əlaqədar yaranmış vəziyyətin qiymətləndirilməsi, qüvvə və vasitələrin hadisəyə çevik reaksiyası, habelə kəşfiyyat, axtarış-xilasetmə və qarşılıqlı fəaliyyətin təşkili üzrə komandir-rəis heyətinin fəaliyyətləri təşkil olunub.

Şərti yanğın Nazirliyin yanğından mühafizə qüvvələri tərəfindən qısa müddətdə söndürülüb, "hadisə" baş vermiş binada "köməksiz vəziyyətdə qalmış" şəxslər xilasedicilər tərəfindən "xilas edilərək ilk yardım göstərildikdən" sonra aidiyyəti üzrə təhvil verilib.

Uğurla reallaşdırılan təlimdə qarşıya qoyulan məqsədlərə nail olunub.

Təlimin sonunda əldə edilmiş nəticələrin müzakirəsi məqsədilə toplantı keçirilib, müvafiq tapşırıqlar verilib.








Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Daha bir ölkə avroya KEÇDİ

Daha bir ölkə avroya KEÇDİ

Tramp Putinə AĞIR ZƏRBƏ – Rusiyanın yalanını belə İFŞA ETDİ – FOTO

Tramp Putinə AĞIR ZƏRBƏ – Rusiyanın yalanını belə İFŞA ETDİ – FOTO

Qadınların pensiya yaşı artırılacaq – BU TARİXDƏN

Qadınların pensiya yaşı artırılacaq – BU TARİXDƏN

Azərbaycanda ən çox turist bu əraziləri seçir - AÇIQLAMA

Azərbaycanda ən çox turist bu əraziləri seçir - AÇIQLAMA

Ət bazarında canlanma: Qiymətlər UCUZLAŞACAQ? - VİDEO

Ət bazarında canlanma: Qiymətlər UCUZLAŞACAQ? - VİDEO

2026-cı ilin ilk dəqiqələrində şəhərin mərkəzində evlilik təklifi – VİDEO

2026-cı ilin ilk dəqiqələrində şəhərin mərkəzində evlilik təklifi – VİDEO

Zelenski: “Sülh sazişinin 90 faizi hazırdır” – VİDEO

Zelenski: “Sülh sazişinin 90 faizi hazırdır” – VİDEO

Alkoqollu içkilər üçün aksiz dərəcələri ARTIRILDI

Alkoqollu içkilər üçün aksiz dərəcələri ARTIRILDI

2026 kimlərə düşərli olacaq?

2026 kimlərə düşərli olacaq?

2026-cı ildə Azərbaycanda ilk uşaq bu şəhərdə DÜNYAYA GƏLDİ

2026-cı ildə Azərbaycanda ilk uşaq bu şəhərdə DÜNYAYA GƏLDİ

Sazan balığı sümüksüz olacaq

Sazan balığı sümüksüz olacaq

Güzəşt dövrü SONA ÇATDI – Hibrid və elektrikli avtomobillərdən ƏDV TUTULUR

Güzəşt dövrü SONA ÇATDI – Hibrid və elektrikli avtomobillərdən ƏDV TUTULUR

Güclü külək əsəcək, QAR YAĞACAQ

Güclü külək əsəcək, QAR YAĞACAQ

Ştegen yalnız bu şərtlə "Barselona"dan ayrılmağa HAZIRDIR

Ştegen yalnız bu şərtlə "Barselona"dan ayrılmağa HAZIRDIR

Gecə yarısından əvvəl 3 sadə addımı atın: 2026-cı ildə sizə sərvət gətirəcək

Gecə yarısından əvvəl 3 sadə addımı atın: 2026-cı ildə sizə sərvət gətirəcək

Azərbaycan Ordusunda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il qeyd edildi - FOTO

Azərbaycan Ordusunda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il qeyd edildi - FOTO

40 yaşlı futbolçu "uzunömürlülük" sirrini AÇIQLADI

40 yaşlı futbolçu "uzunömürlülük" sirrini AÇIQLADI

Bayramda şirniyyatın qədərini necə müəyyən edək?

Bayramda şirniyyatın qədərini necə müəyyən edək?

Corc Kluni ailəsi ilə birgə Fransa vətəndaşlığı ALDI

Corc Kluni ailəsi ilə birgə Fransa vətəndaşlığı ALDI

Bulvarda bayram ATƏŞFƏŞANLIĞI – VİDEO

Bulvarda bayram ATƏŞFƏŞANLIĞI – VİDEO

Prezident: “İqtisadi inkişafda bu il əldə olunmuş uğurlarla fəxr edə bilərik” - VİDEO

Prezident: “İqtisadi inkişafda bu il əldə olunmuş uğurlarla fəxr edə bilərik” - VİDEO

Azərbaycana Yeni il GƏLDİ

Azərbaycana Yeni il GƏLDİ

İlham Əliyev: “Bu gün Azərbaycana dünyada böyük hörmətlə yanaşırlar”

İlham Əliyev: “Bu gün Azərbaycana dünyada böyük hörmətlə yanaşırlar”

Prezident: “Heç kimə imkan verməmişik və verməyəcəyik ki, bizim işimizə qarışsın” - VİDEO

Prezident: “Heç kimə imkan verməmişik və verməyəcəyik ki, bizim işimizə qarışsın” - VİDEO

End of content

No more pages to load

RADİO