ABŞ Prezidenti Donald Tramp Rusiya ilə biznes əlaqələrinə malik ölkələrə qarşı yeni sanksiyaların gündəmdə olduğunu açıqlayıb.
Bizim.Media xəbər verir ki, ABŞ lideri bu barədə jurnalistlərə açıqlamasında məlumat verib.
Tramp bildirib ki, respublikaçılar partiyasından olan qanunvericilər sözügedən məsələ ilə bağlı olduqca sərt bir qanun layihəsi üzərində çalışırlar:
“Eşitmişəm ki, bu işlə məşğuldurlar və bu, məni qane edir. Respublikaçılar çox sərt bir qanun layihəsi hazırlayırlar. Bu layihə Rusiya ilə ticarət aparan istənilən ölkəyə qarşı sanksiyaları nəzərdə tutur”.
Tramp əlavə edib ki, sanksiya mexanizminə İranın da daxil edilməsi mümkündür:
“Onlar bura İranı da əlavə edə bilərlər, bilirsiniz ki, bunu mən təklif etmişəm. Beləliklə, Rusiya ilə iş görən hər bir ölkə çox ciddi sanksiyalarla üzləşəcək”.
Bizim.Media