İŞİD Azərbaycan da daxil olmaqla müxtəlif ölkələrə təhdid dolu müraciət edib.
Moderator.az xəbər verir ki, terror təşkilatı 11 sentyabr hadisələrinin 14 illiyi ilə bağlı dünyanın müxtəlif ölkələrinin təşkilat, bank və dövlət qurumlarının saytlarına haker hücumları edib.
Azərbaycanda “Amrahbank”x9dın saytı da hücuma məruz qalanlar arasındadır. Terrorçular sayta ingilis dilində təhdid məktubu yerləşdiriblər.
Müraciətdə deyilir: “Həqiqi yolu izləyən bizlərdən dünyadakı xaçpərəstlərə mesaj. Biz qayıtdıq və sizə müqəddəs 11 sentyabr tarixini xatırlatmaq istəyirik. Yaxın zamanda yenə belə bir hücum olacaq və siz bizim dediklərimizi xatırlayacaqsınız. Uca Allaha and içirik ki, siz bizi rahat buraxmayınca, biz də sizi rahat buraxmayacağıq. Biz öz müsəlman ölkələrimizdə sülh görməyənə qədər, siz də öz ölkənizdə sülh görməyəcəksiniz. Bizi getdiyiniz, olduğunuz hər yerdə görəcəksiniz.
Sizin saytlarınıza, kredit kartları, kompüter və hətta telefonlarınıza haker hücum edəcəyik. Bu, sizin ən qorxulu kabusunuz olacaq, proses artıq başlayıb və heç vaxt bitməyəcək. Bu, sadəcə başlanğıcdır. Usamə bin Ladeni öldürməyiniz bizim cihadımızın sonu deyil. Biz hamımız Usaməyik və 11 sentyabr hadisələri dəfələrlə təkrarlanacaq. Usamə bin Laden dediyi kimi: “Allahın izni ilə biz sizin boynunuzu elə sizin torpaqlarda vuracağıq. Ona görə bunu necə edəcəyimizi gözləyin və siz sonda kimin qalib gəldiyini görəcəksiniz”x9d. Sizin xeyli sayda bank, dövlət və hərbi saytlarınıza haker hücumu edib, ciddi və həssas məlumatları əldə etmişik və onlardan bəzilərini dərc edəcəyik. Əgər siz dayanmasanız, biz daha sonra bütün məlumatları dərc edəcəyik”x9d.
İŞİD müraciətində ölkələrə 7 gün vaxt verib.
“Müharibəni dayandırmağınız üçün sizə 7 gün vaxt veririk. Əgər bunu etməsəniz, biz sizin ölkələrinizin təhlükəsizliyini təhdid edən məlumatları paylaşacağıq”x9d, - deyə müraciətdə qeyd olunub.