Nazirlikdən İsrafilov qalmaqalına - Reaksiya

Xəbər verdiyimiz kimi, Dövlət Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilovla Mədəniyyət və Turizm Nazirliyi müqaviləni yeniləyər-yeniləməz teatrın bir qrup tanınmış aktyoru buna etiraz edib.xa0


Moderaor.az-ın məlumatına görə, aktyorlar hətta “Milli Teatrımızı yalnız Siz xilas edə bilərsiniz”x9d - deyə ölkə başçısı İlham Əliyevə müraciət ünvanlayıblar. Kollektivin böyük əksəriyyəti İsrafilovla işləmək istəmədiyini bildirir.xa0

Məsələyə Mədəniyyət və Turizm Nazirliyi münasibət bildirib. Nazirlikdən “Qafqazinfo”x9dya daxil olan açıqlamanı olduğu kimi təqdim edirik:

“Son zamanlar bir sıra kütləvi informasiya vasitələrində Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı ətrafında xoşagəlməz xəbərlər yayılmaqdadır.

Xalqımızın milli sərvətinə çevrilən Azərbaycanın teatr sənətinin daha da inkişaf etdirilməsi və yaradıcılıq imkanlarının daha da yaxşılaşdırılması sahəsində Mədəniyyət və Turizm Nazirliyi tərəfindən mütəmadi olaraq islahatlar aparılıb və bu gün də davam etdirilir.

Bildiyiniz kimi, Azərbaycanda fəaliyyət göstərən bütün teatrlarda hal-hazırda 143-cü teatr mövsümünə hazırlıq prosesi yekunlaşmaq üzrədir. Digər teatrlarda olduğu kimi Akademik Milli Dram Teatrında da yaradıcı heyət mövsümə hazırlaşır.

Məlumat verildiyi kimi, Mədəniyyət və Turizm Naziri Əbülfəs Qarayevin 31 avqust 2015-ci il tarixli müvafiq əmrinə uyğun olaraq, Azərbaycanın xalq artisti, Teatr Xadimləri İttifaqının İdarə Heyətinin sədri, professor Azərpaşa Zəfər oğlu Nemətov Akademik Milli Dram Teatrın bədii rəhbəri-baş rejissoru vəzifəsinə təyin edilib və təqdimatı keçirilib.

Qeyd etmək istərdik ki, Mədəniyyət və Turizm Nazirliyi müvafiq qanunvericiliyə uyğun olaraq Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktoru əməkdar incəsənət xadimi, professor İsrafil İsrafilovun əmək müqaviləsini yeniləyib.

Hər kəsdən Mədəniyyət və Turizm Nazirliyinin bu qərarına hörmət etməyi tövsiyə edir və əmin olduğumuzu bildirmək istəyirik ki, nazirliyin qərarı tezliklə teatrda yaradıcı mühitin inkişafına, müəyyən fikirlərin aradan qalxmasına səbəb olacaq.

Nazirlik bir daha, bütün KİV nümayəndələrini Azərbaycanda 143-cü teatr mövsümünün açılışı münasibətilə sentyabr ayının 14-də Gəncədə keçiriləcək tədbirə dəvət edir və Azərbaycan teatrının inkişafına dəstək olmağı xahiş edirik”x9d.

Xatırladaq ki, Teatrın mətbuat katibi Elçin Cəfərov İsrafil İsrafilovun sentyabrın 9-da məzuniyyətdən qayıdacağını və 11-də mətbuat konfransı keçiriləcəyini bildirib
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Qazaxıstan Azərbaycanın kibertəhlükəsizlik sahəsindəki təcrübəsi ilə MARAQLANIR

Qazaxıstan Azərbaycanın kibertəhlükəsizlik sahəsindəki təcrübəsi ilə MARAQLANIR

Argentina millisindən QƏLƏBƏ

Argentina millisindən QƏLƏBƏ

Bu qidalar botulizm dəhşəti yaşada bilər

Bu qidalar botulizm dəhşəti yaşada bilər

Reşford Premyer Liqaya qayıda bilər

Reşford Premyer Liqaya qayıda bilər

Məşhurlar retro tərzdə qırmızı xalçada - FOTO

Məşhurlar retro tərzdə qırmızı xalçada - FOTO

ABŞ rəsmiləri Trampın nüvə sınaqları ilə bağlı qərarını dəyişməsinə ÇALIŞIRLAR

ABŞ rəsmiləri Trampın nüvə sınaqları ilə bağlı qərarını dəyişməsinə ÇALIŞIRLAR

Ötən ay hansı məhsullar BAHALAŞIB? - VİDEO

Ötən ay hansı məhsullar BAHALAŞIB? - VİDEO

"Çelsi" 16 yaşlı futbolçu ilə RAZILAŞDI

"Çelsi" 16 yaşlı futbolçu ilə RAZILAŞDI

“Korrupsiya qalmaqalına baxmayaraq, Ukraynaya yardım davam etməlidir” - Stoltenberq

“Korrupsiya qalmaqalına baxmayaraq, Ukraynaya yardım davam etməlidir” - Stoltenberq

Sumqayıtda evdən meyit TAPILDI

Sumqayıtda evdən meyit TAPILDI

"Maradona" stadionunda "Qarabağ"a nə qədər yer ayrılıb?

"Maradona" stadionunda "Qarabağ"a nə qədər yer ayrılıb?

Aşıq Mübariz biznesinə görə borca düşdü - VİDEO

Aşıq Mübariz biznesinə görə borca düşdü - VİDEO

“Lukoyl” beynəlxalq aktivlərinin satışına BAŞLADI

“Lukoyl” beynəlxalq aktivlərinin satışına BAŞLADI

Bu qəhvələri İÇMƏYİN: Görməniz itə bilər

Bu qəhvələri İÇMƏYİN: Görməniz itə bilər

MLS-in təqvimi dəyişdi

MLS-in təqvimi dəyişdi

Türkiyədə faciəvi şəkildə həlak olan Emin vətəndə DƏFN OLUNDU

Türkiyədə faciəvi şəkildə həlak olan Emin vətəndə DƏFN OLUNDU

Rumıniya Rusiyaya NOTA VERDİ

Rumıniya Rusiyaya NOTA VERDİ

Ülviyyə Namazova estetik əməliyyatlarının sayını AÇIQLADI - VİDEO

Ülviyyə Namazova estetik əməliyyatlarının sayını AÇIQLADI - VİDEO

Quterreş Kiyevdə Azərbaycan səfirliyinə raket zərbəsini PİSLƏDİ

Quterreş Kiyevdə Azərbaycan səfirliyinə raket zərbəsini PİSLƏDİ

Cüdoçumuz bürünc medal QAZANDI

Cüdoçumuz bürünc medal QAZANDI

Bakıda doqquzmərtəbəli binada YANĞIN OLDU - VİDEO

Bakıda doqquzmərtəbəli binada YANĞIN OLDU - VİDEO

"İndi müğənni sayan var?"

"İndi müğənni sayan var?"

Müəllim məktəbliləri kəmərlə bağlayaraq döyüb? - Rəsmi açıqlama

Müəllim məktəbliləri kəmərlə bağlayaraq döyüb? - Rəsmi açıqlama

Türkiyə millisində İTKİ

Türkiyə millisində İTKİ

End of content

No more pages to load

RADİO