"Söz var, deyirlər: “Filankəs hər saqqaldan bir tük çəkib özünə saqqal düzəltdi”x9d. İndi Real Hərəkatı da cəmiyyətə, xüsusilə də öz himəyadarlarının gözünə böyük qüvvə görünmək üçün Ədalət Partiyasının kadrlarına göz dikib”x9d.
Moderator.az xəbər verir ki, bunu Strateq.az-a partiyanın Mərkəzi Təftiş Komissiyasının sədri Ayaz Əfəndiyev deyib. O, Real Hərəkatının öz namizədlər siyahısına Ədalət Partiyasının funksioneri, hüquqşünas, vəkil Əlayif Həsənovu daxil etməsini bu cür qiymətləndirib.
Ayaz Əfəndiyev Real Hərəkatının Ədalət funksionerinə sahib çıxmasını təsadüfi saymır. Ədalət yetkilisinə görə, istər Əlayif Həsənovun intellektual səviyyəsi, istərsə də hərəkatın xarici və daxili auditoriyaya özünü ciddi qurum kimi göstərmək istəyi bu cür addım atmağı şərtləndirib: “Bilirsiniz ki, bu yaxınlarda İngiltərə səfirliyində bəzi müxalifət qüvvələriylə görüş keçirilirdi. Görüşə AXCP, Müsavat partiyalarıyla yanaşı, Real Hərəkatı da dəvət olunmuşdu. Görünür, Real Hərəkatının onlara bəslənən ümidi doğrultmaq üçün real müxalifət gücünə ehtiyacı var. Məhz bu ehtiyac onu bu yaxınlarda Müsavat Partiyasıyla əməkdaşlığa, ittifaq yaratmağa sövq etdiyi kimi, həm də digər siyasi qurumların kadr potensialından faydalanması zərurətinə də yol açır. Çünki, ciddi görünmək istəyən bütün ictimai siyasi qurumlar 125 seçki dairəsindən deputatlığa ən layiqli namizədi çıxarmağa çalışır və Realın bu canfəşanlığını anlamaq çətin deyil. Və biz Ədalət Partiyası olaraq üzvlərimizə verilən bu dəyəri yüksək qiymətləndiririk. Hesab edirik ki, Real və digər siyasi qurumlar partiya üzvlərimizi parlament seçkilərində dəstəkləmək hüququna malikdirlər. Amma həmin namizədlərin bizim siyahımızda olduqlarını unutmadan”¦”x9d