Bir neçə gün öncə saytımızda Göygöl rayonunun Üçtəpə və digər kəndlərinin su problemindən bəhs etmişdik. (//moderator.az/index.php?xeber=89478 )
Bu gün Moderator.az-a açıqlama verən Göygöl rayonundan deputat seçilmiş Rövşən Rzayev problemin həlli istiqamətində iş aparıldığını bildirib:
“Mən sözügedən problemlə bağlı həm vətəndaşlarla, həm də Rayon İcra Hakimiyyətinin başçısı hörmətli Arif Seyidovla əlaqə saxladım. Onu qeyd edim ki, A.Seyidov rayonun inkişafı ilə bağlı öz işini lazımi səviyyədə qurub. Su probleminə gəlincə, bu, hər kəsə bəlli olan bir problemdir. Təəssüflər olsun ki, belə bir su qıtlığı var. Lakin bu su qıtlığını aradan qaldırmaq, bunun üçün gərəkli olan əlavə tədbirləri həyata keçirmək üçün icra hakimiyyəti bütün imkanlarından istifadə edir. Problemin həlli üçün ayrı-ayrı aidiyyati qurumlarla da danışıqlar davam edir. Bu problem yalnız Üçtəpə kəndində deyil, bəzi digər kəndlərdə də mövcuddur. Problemin həlli üzərində işxa0 gedir. Inanıram ki, bu problem öz həllini tapacaq.
Bunu da qeyd edim ki, rayonda 2000-ci illərin əvəllərində olan su, işıq, yol və s. kimi problemlərin 99%-i bu gün yoxdur və öz həllini tapıb. Gündəlik problemlər ola bilər. Lakin Rayon İcra Hakimiyyətinin başçısı öz yerindədir və lazımi addımları atır”x9d.
xa0
Seymur Əliyev