Moderator.az xəbər verir ki, tanınmış hüquqşünas Aslan İsmayılov "Azadlıq" qəzetində ona qarşı haqsız kampaniya aparılmasına etirazını bildirib və bu qərəzə cavab verəcəyini qeyd edib:
"Təəssüf edirəm ki, bir qrup artıq 15 - 20 ildir ictimai həyatda bir balaca müstəqil olub aktivlik göstərənlərin onların maraqlarına uyğun hərəkət etməsini istəyirlər. Bu alınmadıqda isə əvvəl "Azadlıq" qəzetində, indi isə əlavə olaraq sosial şəbəkələr vasitəsi ilə şərləməklə məşğul olurlar. Bu yolla bir çox müstəqil hərəkət edən aktiv fəalları ictimai həyatdan uzaqlaşdırıblar.
Bu dəfə də hədəf mənəm. Mən istənilən hərəkəti öz adımla edirəm, mübarizənin kişiyana aparılmasının tərəfdarıyam və bu yoldan çəkinmək fikrində deyiləm. Ölkənin bu ağır məqamında bunu istəməzdim, çünki həmişə konkret işlə məşğul olmuşam, intriqabazlıq mənlik deyil. Ancaq edilənlər artıq ümumi bəla olduğundan, həm də uzun müddətdir ki, sosial şəbəkələrdə onların əlaltıları məni təhqir etdiyindən yəqin, cavab verməli olacam. Hələlik isə "Azadlıq" qəzetinin barəmdə verdiyi yazısını burada paylaşıram. İstərdim ki, onlar da mərdlik göstərib mənim də cavabımın "Azadlıq" qəzetində verilməsinə şərait yaratsınlar.
Yazının linki: //www.azadliq.info/”¦/71751-aslan-smaylov-niy-rejim-qar”¦"