“Azadlıq”x9d qəzeti çapını dayandırmaq təhlükəsi qarşısındadır. Bu barədə qəzetin müraciətində deyilir.
“Redaksiyanın ağır maliyyə vəziyyəti artıq gələn həftə qəzetin nəşrini davam etdirməsini sual altında qoyur. Iş o həddə çatıb ki, kağız, çap və kommunal xərclər üzrə faktiki ödəniş etmək imkanı yoxdur. Ən qısa müddət ərzində bu problemlərin aradan qaldırılmaması “Azadlıq”x9dın nəşrini mümkünsüz edəcək”x9d, qəzet yazır.
Redaksiya kömək üçün ictimaiyyətə müraciət ünvanlayıb.
“Biz bir daha “Azadlıq”x9dsevərləri - Azərbaycanda söz azadlığını səmimi şəkildə müdafiə edənləri qəzetin xilası kampaniyasında yaxından iştiraka çağırırıq! Hesab edirik ki, Azərbaycanın ictimai-siyasi həyatının misilsiz fenomeninə çevrilmiş “Azadlıq”x9d qəzetini xilas etmək demokratik düşüncəli bütün vətəndaşların mühüm işinə çevrilməlidir!”x9d redaksiya qeyd edir.
“Azadlıq”x9da qarşı təzyiqlərə gəlincə, qəzet xatırlatladır ki, deputat Mirkazım Kazımovun rəhbərlik etdiyi “Qasid”x9d yayım firması “Azadlıq”x9dın satılmış nüsxələrinin pulu olan 69 min manatı redaksiyaya ödəməkdən imtina edir. “KIV-ə Dəstək Fondu “Azadlıq”x9dla əməkdaşlığı dayandırıb.
Xatırladaq ki, “Azadlıq”x9d qəzeti əməkdaşları son illər borcun ödənilməsi tələbi ilə dəfələrlə “Qasid”x9d firmasının ofisi qarşısında etiraz aksiyaları keçirib.