“Azadlığ”x9dın Bakı ofisində maliyyə fırıldağı -Radionun rəhbəri işdən çıxarıldı

“Çeşmə”x9dçi Ayaz Əhmədov isə işdən könüllü gedib

Bu günlərdə Azadlıq Radiosunun Azərbaycan xidmətinin rəhbəri Kənan Kazımoğlu tutduğu vəzifədən azad edilib. “Yeni Müsavat”x9d xəbəri informasiyalı qaynaqdan əldə edib.

Xəbərdə Kənan Kazımoğlunun işdən azad edilməsinə səbəb kimi radionun baş ofisinin Azərbaycan xidmətində apardığı yoxlamalar göstərilir. Yoxlamalar nəticəsində xidmətin radionun iş prinsiplərini pozduğu, nizamnaməyə əməl etmədiyi ortaya çıxıb. Bakı bürosunun rəhbəri Xədicə İsmayılovanın həbsindən sonra diqqət mərkəzinə gələn Azərbaycan xidmətində yoxlama aparılması təşəbbüsü isə radionun keçmiş əməkdaşlarından birinin şikayətindən sonra yaranıb. Bakı bürosu bağlanandan və büro rəhbəri həbs ediləndən sonra ölkəni tərk edərək baş ofisin yerləşdiyi Praqaya gedən və rəsmi qaydada Çexiya hökumətindən sığınacaq istəyən əməkdaş Bakı bürosunun son illərdəki fəaliyyəti ilə bağlı tənqidi mövqedə olub. Onun şikayətində büronın keçmiş rəhbəri Xədicə İsmayılovanın işçilər arasında təfriqə yaratdığı, ayrı-seçkilik saldığı, kənar maliyyə qaynaqlardan radioya cəlb etdiyi vəsaitləri özünə yaxın çevrə ətrafında bölüşdürdüyü ortaya çıxıb. Radioya kənar maliyyənin cəlb edilməsi Nizamnaməyə ziddir. Belə ki, Azad Avropa və Azadlıq Radiosunun Nizamnaməsinə görə, qurumun fəaliyyəti istisnasız olaraq ABŞ dövlət büdcəsindən maliyyələşir və reklamlar da daxil olmaqla hər hasnı kənar maliyyə qəbul edilməsi yasaqdır.xa0
Araşdırmalar zamanı ortaya çıxıb ki, Azərbaycan xidməti və Bakı bürosu bir neçə verilişi kənar qaynaqlardan maliyyə cəlb edilməsi əsasında hazırlayıb. Həmin verilişlər bir neçə il efirdə olduğu üçün söhbətin ciddi məbləğlərdən getdiyi aydındır. ABŞ-ın və Avropanın dəstək fondlarından, maliyyə institutlarından cəlb edilən vəsait Azadlıq Radiosunun Bakı bürosunun hesabına rəsmi qaydada daxil olub. Sonrakı mərhələdə isə şəffaflıq pozulub.xa0


Kənan Kazımoğlunun işdən uzaqlaşdırılmasını tələb edənlərin arqumenti bu haqda ona dəfələrlə xəbərdarlıqlar edilməsinə baxmayaraq onun heç bir tədbir görməməsidir. Radio rəhbərliyi hesab edib ki, Kənan Kazımoğlu zamanında müdaxilə edərək qanunsuz məqamların aradan qaldırılması yerinə özü prosesin iştirkçısına çevrilib. Onun vəzifə məsuliyyətini dərk etməməsi sözügedən məqamların Azərbaycan prokurorluq orqanlarının Bakı bürosunun keçmiş rəhbəri Xədicə İsmayılovaya qarşı qaldırdığı cinayət işində motivə çevrilib.

Yada salaq ki, əslən Naxçıvanın Nehrəm kəndindən olan Kənan Kazımoğlu Amerika Birləşmiş Ştatları vətəndaşıdır. O, reportyorluğa “Azadlıq”x9d qəzetində başlayıb. 1997-ci ilə ABŞ-ın Milli Demokratiya İnstitutunun Bakı bürosunun o zamankı rəhbəri Coanna Levinsonla ailə quraraq Vaşinqtona köçüb. Ali təhsilini ABŞ-da alan Kənan Kazımoğlu Azərbaycan xidməti ilə Mirzə Xəzərin rəhbərliyi dönəmindən əməkdaşlığa başlayıb. Xidmətin Mirzə Xəzərdən sonrakı rəhbəri xa0Abbas Cavadinin müavini olub. Abbas Cavadi baş ofisdə vəzifəyə dəvət edildikdən sonra ”“ 2008-ci ildə Azərbaycan xidmətinə Kənan Kazımoğlu rəhbərlik edirdi.


Əldə etdiyimiz informasiyalara görə, Azadlıq Radiosunun baş ofisinin başlatdığı araşdırmalar davam edir. Yoxlamanı çətinləşdirən məqamlardan biri Bakı bürosunun maliyyə məsələlərinə məsul əməkdaşı da daxil, bir sıra işçilərinin Azərbaycandan getməsidir. Onlar Xədicə İsmayılovanın həbsindən və radionun Bakı bürosunun bağlanmasından sonra siyasi təqiblərdən yayınmaq üçün Avropa ölkələrində sığınıb və hələlik yaşayış statusu almaları ilə bağlı hüquqi prosedur tamamlanmayıb. Belə bir məqamda onların maliyyə problemləri ilə bağlı araşdırmalara cəlb edilməsi arzuolunan sayılmır.

Hələlik Kənan Kazımoğlu Azərbaycan xidmətində layihə rəhbəri təyin edilib. Onun sentyabr ayında müəllif proqramı ilə efirə çıxacağı gözlənilir. Azərbaycan xidmətinin rəhbəri vəzifəsi isə müvəqqəri olaraq İlkin Məmmədova tapşırılıb. İlkin Məmmədov Azərbaycan vətəndaşıdır, Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib, 2008-ci ildə Praqada Azərbaycan xidmətində çalışır.

Azadlıq Radiosu ilə bağlı ilginc xəbərlərdən biri də uzun illər radionun veb bölümünün redaktoru olan Ayaz Əhmədovun işdən getməsidir. Qaynaq iddia edir ki, Ayaz Əhmədov işdən öz ərizəsi ilə gedib və indi Azadlıq Radiosunda işləyənə qədər yaşadığı Norveçdədir. Bilməyənlər üçün qeyd edək ki, Ayaz Əhmədov 90-cı illərdə Azərbaycanda çap edilən satirik “Çeşmə”x9d qəzetinin qurucularındandır. Siyasi satiranın güclü qələmlərindən sayılan Ayaz Əhmədov 1993-cü ildə həbs edilmişdi. Azərbaycanın ilk siyasi məhbuslarından olan Ayaz Əhmədov həbsdən azad edildikdən sonra Norveçə mühacirət edib və uzun illər ailəsi ilə orada yaşayıb. Ayaz Əhmədov Azərbaycan xidmətinin hazırladığı satirik buraxılışların müəllifi olub. O, radioda Kənan Kazımoğluna ən yaxın şəxslərdən biri kimi tanınırdı.

Azadlıq Radiosu kimi nüfuzlu bir qurumun Azərbaycan xidmətində baş verən qanunsuz məqamlar ABŞ administrasiyasının xüsusi diqqətindədir. Vaşinqton Azərbaycan-Qərb münasibətlərinin kəskinləşdiyi vaxtda Azadlıq Radiosunun işgüzar nüfuzuna ziyan vuran əməllərə görə narahatlıq keçirir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycanda əczaçılıq məhsullarının idxalı azalıb, istehsal isə artıb

Azərbaycanda əczaçılıq məhsullarının idxalı azalıb, istehsal isə artıb

Sabahın HAVASI: Yağış intensivləşəcək, subasma gözlənilir

Sabahın HAVASI: Yağış intensivləşəcək, subasma gözlənilir

Millimiz bu gün Portuqaliya ilə qarşılaşır

Millimiz bu gün Portuqaliya ilə qarşılaşır

Toy etmək istəyənlərin NƏZƏRİNƏ: Qiymətlər dəyişib? - VİDEO

Toy etmək istəyənlərin NƏZƏRİNƏ: Qiymətlər dəyişib? - VİDEO

Dünya səyyahları Zəngilanda – FOTO

Dünya səyyahları Zəngilanda – FOTO

Zaqatalada kafe yandı – FOTO

Zaqatalada kafe yandı – FOTO

Ən depressiv 5 BÜRC

Ən depressiv 5 BÜRC

DÇ-2026: Pley-off mərhələsində yarımfinal başa çatdı

DÇ-2026: Pley-off mərhələsində yarımfinal başa çatdı

Səidə Bəkirqızı ölümlə təhdid olundu - FOTOLAR/ÖZƏL

Səidə Bəkirqızı ölümlə təhdid olundu - FOTOLAR/ÖZƏL

Könül Kərimova ən böyük arzusunu gerçəkləşdirəcək

Könül Kərimova ən böyük arzusunu gerçəkləşdirəcək

Barmağında sıxışan üzüyü belə çıxardılar – VİDEO

Barmağında sıxışan üzüyü belə çıxardılar – VİDEO

Prezident Gürcüstan səfirliyində - Başsağlığı verdi – FOTO

Prezident Gürcüstan səfirliyində - Başsağlığı verdi – FOTO

Bu 6 amil qaraciyəriniz üçün təhlükə yaradır – Həkimdən XƏBƏRDARLIQ

Bu 6 amil qaraciyəriniz üçün təhlükə yaradır – Həkimdən XƏBƏRDARLIQ

Goranboyda 34 yaşlı kişi BIÇAQLANDI

Goranboyda 34 yaşlı kişi BIÇAQLANDI

Qusarda mətbəx və mədəniyyətin qovuşduğu məkan - “Xıdır”ın 23 illik UĞUR HEKAYƏSİ – VİDEO

Qusarda mətbəx və mədəniyyətin qovuşduğu məkan - “Xıdır”ın 23 illik UĞUR HEKAYƏSİ VİDEO

Bu bürclərə ulduzlardan şans yağacaq

Bu bürclərə ulduzlardan şans yağacaq

Mert məşhur yazarın nəvəsi ilə sevgilidir - Foto

Mert məşhur yazarın nəvəsi ilə sevgilidir - Foto

Rusiyanın Azərbaycandan tranzit keçməklə İrana göndərdiyi humanitar yardım təhvil verildi - FOTO

Rusiyanın Azərbaycandan tranzit keçməklə İrana göndərdiyi humanitar yardım təhvil verildi - FOTO

Prokurorluq Bakıdakı silahlı insdentlə bağlı MƏLUMAT YAYDI

Prokurorluq Bakıdakı silahlı insdentlə bağlı MƏLUMAT YAYDI

Hikmət Hacıyev Ərdoğanın baş müşaviri ilə GÖRÜŞDÜ: Nələr müzakirə edildi? - FOTO

Hikmət Hacıyev Ərdoğanın baş müşaviri ilə GÖRÜŞDÜ: Nələr müzakirə edildi? - FOTO

Dünyanın ən məşhur detektivi – Şerlok Holmsu Nursultan Nazarbayevlə nə bağlayır? - FOTO

Dünyanın ən məşhur detektivi – Şerlok Holmsu Nursultan Nazarbayevlə nə bağlayır? - FOTO

Bu suyu içmək məsləhət deyil

Bu suyu içmək məsləhət deyil

Gənc almanların 40%-dən çoxu ölkəni tərk etməyi düşünür

Gənc almanların 40%-dən çoxu ölkəni tərk etməyi düşünür

Azərbaycan xurma ixracını ARTIRDI

Azərbaycan xurma ixracını ARTIRDI

End of content

No more pages to load

RADİO