“Heç bir şantaj, təhdid, təzyiq Azərbaycanı öz yolundan döndərə bilməz...”x9d

Avropa Oyunlarının ilk olaraq məhz Azərbaycanda keçirilməsi ölkəmiz, xalqımız üçün böyük uğurdur, tarixi hadisədir.

Bu oyunların Azərbaycana salınması həm də ölkəmizin dünyada, xüsusilə, Avropada yerinin, rolunun, çəkisinin, nüfuzunun göstəricisi, bariz nümunəsi, etirafıdır.
 
Bunu Gün.Az-a açıqlamaslında Milli Məclisin (MM) Aqrar siyasət komitəsdinin sədri Eldar İbrahimov dilə gətirib.
 
Onun dediyinə görə, digər inkişaf etmiş, qabaqcıl, dövlətçilik ənənələrini daha qədim olan Avropa ölkələrinin əvəzində  ilk Avropa Oyunlarının Azərbaycanda keçirilməsinə qərar verilməsi eyni zamanda onun sübutudur ki, Azərbaycan həqiqətən nəinki regionun, hətta, Qərbin, Avropanın, dünyanın lider dövlətlərindəndir, dinamik, sıçrayışlı inkişaf yolu ilə addımlayan, böyük zəfərlərə imza atan bir ölkədir:
 
“Azərbaycanda ictimai-siyasi sabitlik, inkişaf,  tərəqqi, təhlükəsizlik mövcud olmasaydı,  Avropa tərəfindən belə bir idman yarışmasının Azərbaycanda keçirilməsinə heç cür razılıq verilməzdi.
 
Artıq avropadakılar, qərbdəkilər də fərqindədirlər ki, Azərbaycan güclu inkişaf, tərəqqi yolundadır, bu ölkədə demokratik, hüquqi əsaslara söykənən ictimai-siyasi sabitlik var, bu ölkədə insan hüquq və azadlıqları yüksək səviyyədə təmin olunur.
 
Odur ki, məhz bu səbəblərdən Avropa ailəsi, böyük təsir və nüfuz sahibi olan Avropa dövlətləri, o cümlədən,  Avropa Olimpiya Komitəsi belə bir nəhəng, möhtəşəm idman yarışmasının Azərbaycanda keçirilməsinə qərar veridilər. 
 
Onu da fəxr və qürur hissi ilə demək lazımdır ki, məhz Azərbaycan cəmi iki il yarıma bu oyunlara belə yüksək səviyyədə hazır ola bilərdi. Ötən müddət ərzində  oyunlara hazırlıqla bağlı Azərbaycanda möhtəşəm işlər görülüb. Halbuki, bir sıra ekspertlər, təşkilatlar hesab edirdilər ki, qısa zaman kəsiyində bu cür oyunlara hazırlaşmaq mümkün deyil.
 
Ancaq Azərbaycan Prezidenti İlham Əliyevin, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Avropa Oyunları Təşkilat Komitəsinin səyləri nəticəsində yüksək səviyyədə hazırlıq işləri həyata keçirildi, bu gün də keçirilməkdədir və Bakı, bütövlükdə Azərbaycan Avropa Oyunlarına tam hazırdır. 
 
Dünya da, Avropa da, bu oyunların Azərbaycanda keçirilməsinə qərar verənlər də  bir daha şahidi oldu ki, Azərbaycan nəyə qadirdir, hansı işləri görür və hansı işləri görə bilər”x9d.
 
Bununla yanaşı, E. İbrahimov  onu da vurğulayıb ki, ilk Avropa Oyunlarının Azərbaycana salınması bəzi xarici və daxili qüvvələrin, dairələrin ürəyincə deyil.
 
“Həmin- bir-biriləri ilə sinxron fəalyyət göstərən xarici və daxili qüvvələr, ermənipərəst antiAzərbaycan dairələr bu oyunların Azərbaycanda keçirilməsindən ciddi şəkildə əndişələniblər, böyük təlaş, həyacan, qüssə-kədər içindədirlər.
 
Onlar heç cür inana, həzm və qəbul edə bilmirlər ki, məhz Azərbaycan belə bir idman yarışmasına evsahibliyi etsin. Ona görə də neçə müddətdir yenidən antiAzərbaycan kampaniyasına strat veriblər, bu oyunların baş tutmaması üçün hər cür rəzil addımlara gedirlər və getməkdədirlər. 
 
Elə bugünlərdə Avroparlamentdə Avropa Oyunları ilə məlum “dinləmələr”x9din keçirilməsi də buna əyani sübutdur. Düzdür, həmin “dinləmələr”x9di təşkil edənlər bunu Avroparlamentin adından sırımaq istəyirlər, amma ora qatılanların sayı və tərkibi göstərir ki, bu, Avroparlamentin adından olan bir təbdir sayıla bilməz.
 
Onlar-Avropatrlamentdəki antiAzərbaycan qüvvələr əslində bir daha bununla Azərbaycana qarşı münasibətlərini ortaya qoymuş, daim örtməyə, gizlətməyə, pərdələməyə çalışdıqları simalarını, mahiyyətlətini açıb göstərmiş oldular. Onların bu addımı Azərbaycanın inkişafını, müstəqil dövlət olmasını, heç kimin diktəsi ilə hərəkət etməməsini və müstəqil siyasət yeritməsini qəbul edə bilməməklə bağlıdır”x9d.
 
Komitə sədrinin bildirdiyinə görə, həmin dairələr görün, hətta, nə günə qalıblar ki, vətən, dövlət xaini Ələkrəm Hümmətov kimi insanların sözünə möhtac durumundadırlar. 
 
“Onu öz “tədbirlər”x9dinə dəvət etməklə, ic üzlərini bir daha açmış olublar. Axı, görəsən, onlar anlamırlarmı ki, Ələkrəm Hümmətov və onun kimi vətən, dövlət xainləri heç zaman Azərbaycan xalqı və dövləti adından danışa, onu təmsil bilməzlər...
 
Çünki onlara-Ələkrəm Hümmətov kimi satqınlara, erməni muzdurlarına Azərbaycan xalqı arasında heç zaman yer olmayıb və bundan sonra da ola bilməz. Onlar hər zaman Azərbaycan xalqı tərəfindən nifrətlə anılıblar və  anılacaqlar...
 
Ancaq kimi dəvət edirlər-etsinlər,  hansı “dinləmələr”x9di keçirirlər-keçirsinlər, hansı qərarları qəbul edirlər-etsinlər, heç bir əhəmiyyəıti və xeyri yoxdur.
 
Həmin antiAzərbaycan qüvvələrin cəhdləri hər zaman olduğu kimi, bundan sonra da baş tutmayacaq, alınmayacaq, onların məkrli niyyətləri növbəti dəfə öz başlarında çatlayacaq.
 
Çünki Azərbaycan dünyada imzasını imzalar içinə atmış bir ölkədir. Azərbaycan dünyanın söz və nüfuz sahibi olan ölkələrindədir. Heç bir şantaj, təhdid, təzyiq artıq Azərbaycanı öz yolundan döndərə bilməz və bilməyəcək. 
 
Azərbaycan “Eurovision-2012”x9d mahnı yarışması kimi, ilk Avropa Oyunlarına da uğurlu evsahibliyi edəcək və bununla dostlarını bir daha sevindirəcək, düşmənlərini, bədxahlarını isə bir daha xəyalqırığlığına uğradacaq, məyus edəcək”x9d, - deyə, E.İbrahimov daha sonra sözlərinə əlavə edib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"Ali təhsili olmayan sənətçi başa bəla olur" – Brilliant Dadaşovadan sərt sözlər

"Ali təhsili olmayan sənətçi başa bəla olur" – Brilliant Dadaşovadan sərt sözlər

“Zirə” mərakeşli futbolçu ilə danışıq aparır

“Zirə” mərakeşli futbolçu ilə danışıq aparır

Avropa Şurasının Bakı ofisinin rəhbəri Azərbaycan XİN-ə ÇAĞIRILDI

Avropa Şurasının Bakı ofisinin rəhbəri Azərbaycan XİN-ə ÇAĞIRILDI

Baş nazir dövlət maliyyəsinin sabitliyi ilə bağlı yeni QƏRAR İMZALADI

Baş nazir dövlət maliyyəsinin sabitliyi ilə bağlı yeni QƏRAR İMZALADI

Sərnişinlərə XƏBƏRDARLIQ: Bakıda iki avtobusun yolu dəyişir

Sərnişinlərə XƏBƏRDARLIQ: Bakıda iki avtobusun yolu dəyişir

Sabah saat 10:00-dan bu ərazilərdə qaz olmayacaq

Sabah saat 10:00-dan bu ərazilərdə qaz olmayacaq

“Qarabağ” yamaykalı yarımmüdafiəçi ilə anlaşdı

“Qarabağ” yamaykalı yarımmüdafiəçi ilə anlaşdı

Azərbaycanda QHT-lərin maliyyələşdirilməsində YENİ MEXANİZM

Azərbaycanda QHT-lərin maliyyələşdirilməsində YENİ MEXANİZM

Göygöldə Qərbi Azərbaycan irsi araşdırıldı - FOTO

Göygöldə Qərbi Azərbaycan irsi araşdırıldı - FOTO

Əli Əsədov turizm mərkəzləri ilə bağlı yeni QƏRAR İMZALADI

Əli Əsədov turizm mərkəzləri ilə bağlı yeni QƏRAR İMZALADI

Şahin Bağırovun işdən çıxardığı rəisin yerinə TƏYİNAT - FOTO

Şahin Bağırovun işdən çıxardığı rəisin yerinə TƏYİNAT - FOTO

Qətərdə qaz emalı zavodunda partlayış: 13 nəfər həlak olub

Qətərdə qaz emalı zavodunda partlayış: 13 nəfər həlak olub

Aydın Süleymanlı Karlsen üzərindəki tarixi qələbəsindən danışdı: "İnana bilmirdim"

Aydın Süleymanlı Karlsen üzərindəki tarixi qələbəsindən danışdı: "İnana bilmirdim"

İyunun 25-də imtahan verəcək şəxslər üçün DİM-dən MƏLUMAT

İyunun 25-də imtahan verəcək şəxslər üçün DİM-dən MƏLUMAT

Baş nazir İordaniya nümayəndə heyətini qəbul etdi - FOTO

Baş nazir İordaniya nümayəndə heyətini qəbul etdi - FOTO

Ən yaxşı yemişi seçməyin yolları...

Ən yaxşı yemişi seçməyin yolları...

Bakı–Tbilisi qatarına bir ayda neçə bilet SATILIB? – ÖZƏL

Bakı–Tbilisi qatarına bir ayda neçə bilet SATILIB? – ÖZƏL

Üç gün yağış yağacaq, şimşək çaxacaq, dolu düşəcək

Üç gün yağış yağacaq, şimşək çaxacaq, dolu düşəcək

Maşını avtobus zolağında saxlayıb getdi – VİDEO

Maşını avtobus zolağında saxlayıb getdi – VİDEO

“Bakıdakı universitetlər köçürülməyəcək, tələbə sayı azaldılacaq” – NAZİR

“Bakıdakı universitetlər köçürülməyəcək, tələbə sayı azaldılacaq” – NAZİR

SON DƏQİQƏ! Bakının rayonları üzrə suyun verilmə qrafiki açıqlandı – RƏSMİ

SON DƏQİQƏ! Bakının rayonları üzrə suyun verilmə qrafiki açıqlandı – RƏSMİ

Hər kəs üçün faydalı olmayan meyvə

Hər kəs üçün faydalı olmayan meyvə

“Komedixana”nın Zarinasından tətil FOTOLARI

“Komedixana”nın Zarinasından tətil FOTOLARI

Bir nəslin FACİƏSİ – Mərdəkanda boğulan dörd gənc qohum imiş... – VİDEO

Bir nəslin FACİƏSİ – Mərdəkanda boğulan dörd gənc qohum imiş... – VİDEO

End of content

No more pages to load

RADİO