“Səni axtarıram”x9d verilişi ilə bağlı RƏSMİ QƏRAR

Müəllif Hüquqları Agentliyi (MHA) “Səni axtarıram”x9d televiziya verilişi ilə bağlı şərh açıqlayıb. MHA-dən APA-ya verilən xəbərə görə, şərhdə qeyd olunub ki, son günlər kütləvi informasiya vasitələrində “Səni axtarıram”x9d televiziya verilişinin müstəsna müəlliflik hüququnun kimə məxsus olması barədə müxtəlif yazılar gedir. 


Bildirilib ki, “Azad Azərbaycan”x9d Müstəqil Tele-Radio Kompaniyası (ATV) ilə Baxşəliyeva Xoşqədəm Hidayət qızının birgə məhsulu olan “Səni axtarıram”x9d televiziya verilişinin dövlət qeydiyyatına alınması ilə bağlı 2013-cü il 09 sentyabr tarixində ATV-nin prezidenti Vüqar Qaradağlı Agentliyə məktubla müraciət edib. Məsələnin hüquqi aspektləri ilə bağlı bildirilib ki, əlaqəli hüquqlar obyekti olan “Səni axtarıram”x9d televiziya verilişi agentlikdə şərikli əsər kimi dövlət qeydiyyatına alınıb, ondan müstəsna istifadə hüquqları şərikli olaraq ATV-yə və Xoşqədəm Hidayətqızına məxsusdur. Tərəflərə 2013-cü il 11 oktyabr tarixində qeydiyyat haqqında müvafiq nömrəli şəhadətnamələr verilib. 

Qeyd olunub ki, müəllif-hüquq qanunvericiliyinə görə, şərikli əsərlərdən (obyektdən) bütövlükdə istifadə hüququ onu birgə yaratmış müəlliflərə məxsusdur. “Səni axtarıram”x9d verilişi parçalanmayan, bölünməyən şərikli obyektdir və bu səbəbdən, qanunvericiliyə uyğun olaraq, hüquq sahibləri arasında mübahisə yarandığı halda onların aralarında bağlanılan müqavilədə başqa hal (şərtlər və ya razılaşma) nəzərdə tutulmadıqda, tərəflərin heç birinin digərinə qarşı verilişdən istifadəyə qadağa qoymaq haqqı yoxdur. ATV və Xoşqədəm Hidayətqızı arasında bağlanmış müəllif müqaviləsinin şərtlərinə əsasən, veriliş yalnız ATV kanalında həftədə bir dəfə (bazar günü) 2015-ci il oktyabr ayının 1-ə qədər yayımlana bilər və tərəflərin qarşılıqlı razılığı olmadan digər televiziya kanallarına verilə bilməz. Verilişin formatının dəyişdirilməsi, digər formatda istifadəsi, retranslyasiyası də həmçinin tərəflərin qarşılıqlı razılıq əsasında həyata keçirilə bilər. 

 Müqaviləyə əsasən, ssenari müəllifi və aparıcı Xoşqədəm Hidayətqızına əmək haqqı ödənişi onunla ATV arasında bağlanmış əmək müqaviləsi ilə həyata keçirilib və verilişin hazırlanması və ATV-də yayımına görə ssenari müəllifi və aparıcısına qonorar ödənilmir.

Beləliklə, verilişin ayrılmaz, parçalanmayan şərikli obyekt kimi istifadəsi (yayılması) müəllif-hüquq nöqteyi-nəzərindən iki hüquqi rejimlə bağlıdır:

a) 2015-ci 1 oktyabr tarixinə qədər əlavə ödəniş, o cümlədən qonorar almayan və ATV ilə əmək müqaviləsi ilə bağlı olan Xoşqədəm Hidayətqızının verilişi yalnız ATV-də istifadə olunur. Bu vəziyyətdə verilişin dayandırılması, dəyişməsi, yayımı və s. hüquq sahibi kimi ATV-nin inzibati qərarından asılıdır;

 b) 2015-ci il 1 oktyabr tarixindən sonra müəllif müqaviləsinin müddəti hüquq sahibləri tərəfindən uzadılmadığı halda və ya Xoşqədəm Hidayətqızının ATV-ilə əmək müqaviləsinə istənilən zaman xitam verildiyi halda, hər-hansı bir tərəfin diğər tərəfə verilişin istifadəsinə qadağa qoyması yalnız onun əsaslı səbəbləri olduqda mümkündür. Bununla belə, qadağa qoyan tərəf istifadəyə razılıq verdiyi halda, digər tərəf həmin verilişi yenidən istifadə edə bilər. 

O da bildirilib ki, verilişdən (əlaqəli hüquqlar obyekti) fərqli olaraq, ssenari bilavasitə müəllif hüququ obyektidir. Səhadətnaməyə əsasən, “Səni axtarıram”x9d əsərinə şəxsi hüquqlar, o cümlədən ssenariyə müəlliflik hüququ Xoşqədəm Hidayətqızına məxsusdur. Bu isə o deməkdir ki, ATV ilə əmək müqaviləsinə xitam verildikdən sonra, o, ssenariyə əsaslanaraq, verilişi digər formatda, o cümlədən digər ad altında hazırlaya və istənilən telekanal vasitəsilə yayımlaya bilər. Danışıqlar yolu ilə mübahisə həll edilmədiyi halda, Azərbaycan Respublikası mülki qanunvericiliyinə əsasən, tərəflər məhkəməyə müraciət edə bilərlər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Qalatasaray”ın sabiq vitse-prezidenti həbs edildi

“Qalatasaray”ın sabiq vitse-prezidenti həbs edildi

Kəlbəcərdə 32 il sonra ilk dəfə Yeni il şənliyi keçirildi – FOTO

Kəlbəcərdə 32 il sonra ilk dəfə Yeni il şənliyi keçirildi – FOTO

Goranboyda balıqdan zəhərlənən 3 nəfərin sağlamlıq durumu necədir?

Goranboyda balıqdan zəhərlənən 3 nəfərin sağlamlıq durumu necədir?

Bu gün Azərbaycanda qısa iş günüdür

Bu gün Azərbaycanda qısa iş günüdür

Bizim.Media yazdı - Problem dərhal həll olundu

Bizim.Media yazdı - Problem dərhal həll olundu

Milli Məclisdə ilin son iclası başladı - Hansı məsələlər müzakirə olunur?

Milli Məclisdə ilin son iclası başladı - Hansı məsələlər müzakirə olunur?

Alovlu AT İLİ – Qazanc, böyük dəyişiklik, yoxsa RİSK?

Alovlu AT İLİ – Qazanc, böyük dəyişiklik, yoxsa RİSK?

Azyaşlı qıza qarşı əxlaqsızlıq edən yeniyetmə ilə bağlı QƏRAR VERİLDİ

Azyaşlı qıza qarşı əxlaqsızlıq edən yeniyetmə ilə bağlı QƏRAR VERİLDİ

Bakıda əməliyyat keçirildi – 3 nəfər TUTULDU

Bakıda əməliyyat keçirildi – 3 nəfər TUTULDU

Təranənin qalıqları 13 il sonra buradan çıxarıldı – VİDEO

Təranənin qalıqları 13 il sonra buradan çıxarıldı – VİDEO

Deputatlar bu gün məzuniyyətə çıxır

Deputatlar bu gün məzuniyyətə çıxır

Sumqayıtda 600 abonentin qazı kəsiləcək

Sumqayıtda 600 abonentin qazı kəsiləcək

Bred Pitt özündən 29 yaş kiçik sevgilisi ilə - FOTO/VİDEO

Bred Pitt özündən 29 yaş kiçik sevgilisi ilə - FOTO/VİDEO

Suriyanın yeni pulları belə olacaq – FOTO

Suriyanın yeni pulları belə olacaq – FOTO

Ölən 3 polisə görə İstanbul və Ankarada əməliyyat keçirildi - 127 nəfər saxlanıldı - FOTO

Ölən 3 polisə görə İstanbul və Ankarada əməliyyat keçirildi - 127 nəfər saxlanıldı - FOTO

Azərbaycan nefti ucuzlaşdı

Azərbaycan nefti ucuzlaşdı

Saray qəsəbəsində YOL PROBLEMİ – VİDEO

Saray qəsəbəsində YOL PROBLEMİ – VİDEO

Avro bahalaşdı, rus rublu ucuzlaşdı – MƏZƏNNƏ

Avro bahalaşdı, rus rublu ucuzlaşdı – MƏZƏNNƏ

Şuşa şəhərinə ilk bayraq sancan Vətən Müharibəsi Qəhrəmanının anası VƏFAT ETDİ - FOTO

Şuşa şəhərinə ilk bayraq sancan Vətən Müharibəsi Qəhrəmanının anası VƏFAT ETDİ - FOTO

Biləsuvar və Lənkəran sakinlərinin nəzərinə!

Biləsuvar və Lənkəran sakinlərinin nəzərinə!

"Bitcoin"in SON qiyməti

"Bitcoin"in SON qiyməti

Alyona Əliyevadan paylaşım – VİDEO

Alyona Əliyevadan paylaşım – VİDEO

TƏBİB-dən bayram günləri ilə bağlı AÇIQLAMA

TƏBİB-dən bayram günləri ilə bağlı AÇIQLAMA

Bakıda 1 saylı Vəkil Bürosunun yeni inzibati binasının açılışı oldu – Hüquqi xidmətlərdə yeni səhifə - FOTO/VİDEO

Bakıda 1 saylı Vəkil Bürosunun yeni inzibati binasının açılışı oldu – Hüquqi xidmətlərdə yeni səhifə - FOTO/VİDEO

End of content

No more pages to load

RADİO