"Efir məkanı sosial reklamsız ötüşə bilməyəcək. Yəni efirin 8%-ni sosial çarxlar almalıdır". ANS PRESS-in məlumatına görə, bunu bu gün ANS-in efirində yayımlanan "Xəbərsizsiniz" verilişində millət vəkili Elmira Axundova deyib.
O, qeyd edib ki, reklam haqqında qanunla bağlı qanun layihəsi Milli Məclisdə müzakirə edilir.
Deputatın sözlərinə görə, belə çarxlar Türkiyə və Rusiyada geniş yayılıb. Reklamlar narkamaniya, spirtli içkilərə, zorakılığa həsr olunmalıdır. "Çünki, bu cür reklamın əhaliyə böyük təsiri var. Yaxşı olar ki, sosial reklam çarxlarına tanınmış simalar çəkilsin və onlar öz tövsiyyələrini insanlara çatdırsınlar".
Deputat düşünür ki, bu bəladan ancaq əl-ələ verərək can qurtarmaq olar.