KİV: Rusiya Azərbaycan üçün atom elektrik stansiyası tikə bilər

“Stansiyanın gücü 1000 MBt-dən az olmayacaq”x9d.

Son 10 il ərzində Azərbaycan bir çox sahələrdə irəliləyişlərini fəallaşdırıb, ona görə də Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyi nəzdində Milli Nüvə Tədqiqatları Mərkəzinin yaradılması sensasiya olmadı.

Neft ehtiyatları ilə zəngin olan respublikanın gələcəkdə öz atom enerjisinin inkişafı üçün təməl qoyması təbiidir.  

Ehtimal edilir ki, yaxın beş ildə Azərbaycanda 20 meqavat gücündə tədqiqat reaktoru və iki kilovatlıq tədris reaktoru tikiləcək. Bu, ölkəyə tibbdə istifadə edilən və hələ ki xaricdən gətirilən izotopların istehsalatını tənzimləməyə, eləcə də nüvə energetikası üçün kadr potensialını toplamağa imkan verəcək.

Oxu.Az xəbər verir ki, bu barədə RuNews24.ru portalında dərc edilmiş “Rusiya Azərbaycanın atom energetikasının inkişaf səyini dəstəkləyir”x9d adlı məqalədə deyilir.

“Bu gün reaktorda işləmək üçün Azərbaycan kadrları Rusiyada hazırlayır: daha dəqiq Rusiya Dubnasında Nüvə Tədqiqatları Birləşdirilmiş İnstitut (NTBİ) fəaliyyət göstərir. Bu beynəlxalq dövlətlərarası elmi-tədqiqat təşkilatına 18 dövlət, o cümlədən də Azərbaycan daxildir. Onlarla azərbaycanlı fizikaçı NTBİ-də daimi əsasda çalışır, onların əksəriyyəti Rusiyada əldə etdikləri metodika və təcrübəni istifadə edərək Azərbaycan institutlarında tədqiqatlar aparırlar”x9d ”“ materialda qeyd edilir.

Məqalədə deyilir ki, azərbaycanlı alimlər ildə iki dəfə nüvə fizikası sahəsində aparılan tədqiqatların nəticələri haqqında informasiyanı bölüşmək üçün Dubnaya gəlirlər.

“Rusiya və Azərbaycan alim-fizikaçılarının sıx əməkdaşlığı heç bir siyasi kataklizmlərə baxmayaraq dərin köklərə mənsubdur. Rusiyanın böyük praktiki təcrübəsi var, biz cənub qonşumuza onun nüvə energetikası sahəsində planlarını həyata keçirməsində ciddi yardım edə bilərik. Əminəm ki, bu proses hər iki ölkə üçün məhsuldar olacaq”x9d- Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Dmitri Savelyev deyib,

Təcrübə yığdıqdan sonra Azərbaycan tikilən nüvə reaktorunda, şübhəsiz özünün yüksək təhlükəsizlik səviyyəsinə malik AES ucaldacaq. Atom stansiyasının gücünə gəldikdə isə, o 1000 MVt-dən az olmayacaq, belə ki, daha az gücü olan AES inşaatı iqtisadi nöqteyi-nəzərdən ölkə üçün rentabelli deyil. Və burada təkbaşına həll edilməsi mümkün olmayan bir sıra problemlər meydana çıxır.

“Azərbaycan artıq dördüncü nəsil atom reaktorunun inşaatına icazə üçün atom enerjisi üzrə Beynəlxalq Agentliyə (AEBA) müraciət edib, amma bu stansiyanı tikəcək podratçı şirkətin yalnız lazımi lisenziyasının deyil, eləcə də praktiki təcrübəsinin olması vacibdir. Bundan başqa, ölkə ərazisində uran çıxarılmır və reaktor üçün xammal hazırlanmır, onları idxal etmək lazım gələcək, sonra nüvə tullantılarının utilizasiyası ilə məşğul olmaq lazım gələcək.

Dünya nüvə energetikasının əsas liderlərindən və eyni zamanda nüvə yanacağının təchizatı qrupuna da daxil olan Rusiya əlverişli şərtlər altında Azərbaycan üçün həm elmi tədqiqatların aparılması, həm də AES inşaatında etibarlı tərəfdaş ola bilər”x9d, - materialda qeyd edilib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycan millisi Fransaya uduzdu

Azərbaycan millisi Fransaya uduzdu

Cüdoçumuz Xorvatiyadakı turnirdə qızıl medal qazandı

Cüdoçumuz Xorvatiyadakı turnirdə qızıl medal qazandı

Moskvadan şok açıqlama: “Azərbaycan səfirliyini ABŞ raketlərinin qalıqları vurub!”

Moskvadan şok açıqlama: “Azərbaycan səfirliyini ABŞ raketlərinin qalıqları vurub!”

Nizami rayonunda su borusu partladı - VİDEO

Nizami rayonunda su borusu partladı - VİDEO

Şahruddin Məhəmmədəliyev Fransa millisi ilə oyunda zədələndi

Şahruddin Məhəmmədəliyev Fransa millisi ilə oyunda zədələndi

Orban: "Macarıstanın təhlükəsizliyi Berlin, Moskva və Ankaradan asılıdır"

Orban: "Macarıstanın təhlükəsizliyi Berlin, Moskva və Ankaradan asılıdır"

“Lukoil”də ancaq nağd ödəniş alınır - Onlayn ödənişə qadağa qoyuldu

“Lukoil”də ancaq nağd ödəniş alınır - Onlayn ödənişə qadağa qoyuldu

Tovuzda qidadan zəhərlənənlər evə buraxıldı

Tovuzda qidadan zəhərlənənlər evə buraxıldı

Ağcabədi qəzasında xəsarət alan şəxsin SON DURUMU

Ağcabədi qəzasında xəsarət alan şəxsin SON DURUMU

İlham Əliyev Özbəkistan səfərindən paylaşım etdi - VİDEO

İlham Əliyev Özbəkistan səfərindən paylaşım etdi - VİDEO

Azərbaycan-Fransa matçı başladı - VİDEO

Azərbaycan-Fransa matçı başladı - VİDEO

Samuxda ağır qəza: 15 yaşlı piyada xəstəxanalıq oldu

Samuxda ağır qəza: 15 yaşlı piyada xəstəxanalıq oldu

İstanbulda oteldə 3 turist öldü - Bütün qonaqlar təxliyə edildi

İstanbulda oteldə 3 turist öldü - Bütün qonaqlar təxliyə edildi

“Simpsonlar”ın ssenaristi vəfat etdi

“Simpsonlar”ın ssenaristi vəfat etdi

Portuqaliya Ermənistanı 9:1 hesabı ilə darmadağın etdi

Portuqaliya Ermənistanı 9:1 hesabı ilə darmadağın etdi

Abşeronda maşın piyadanı vurub öldürdü

Abşeronda maşın piyadanı vurub öldürdü

Maya Donq: "Bakıda səhnəyə çıxmaq mənim üçün şərəfdir"

Maya Donq: "Bakıda səhnəyə çıxmaq mənim üçün şərəfdir"

Azərbaycan və Fransa yığmalarının start heyətləri

Azərbaycan və Fransa yığmalarının start heyətləri

İlham Əliyevin Özbəkistana səfəri başa çatdı - FOTO

İlham Əliyevin Özbəkistana səfəri başa çatdı - FOTO

Sadə əyləncə hesab etdiyimiz digital oyunlar bu qədər GƏLİR GƏTİRİRMİŞ

Sadə əyləncə hesab etdiyimiz digital oyunlar bu qədər GƏLİR GƏTİRİRMİŞ

Dünyanın ən yaxşı 10 avtomobili - SİYAHI

Dünyanın ən yaxşı 10 avtomobili - SİYAHI

3 yaşlı uşaq quyuya düşərək öldü

3 yaşlı uşaq quyuya düşərək öldü

Sumqayıtda avtomobil dərəyə aşdı - VİDEO

Sumqayıtda avtomobil dərəyə aşdı - VİDEO

İtaliya Prezidenti: Müharibə ən çox mülki insanlara təsir edir

İtaliya Prezidenti: Müharibə ən çox mülki insanlara təsir edir

End of content

No more pages to load

RADİO