Azərbaycana avtomobil idxalı bahalaşacaq ”“ YENİLİK

Rüsumlar kəskin artırılır.

Azərbaycana idxal olunan minik avtomobillərinə, istirahət və ya idman üçün yaxtalar və bu məqsədlər üçün nəzərdə tutulan digər üzən vasitələrə tətbiq olunan aksiz dərəcələrinin artırılması nəzərdə tutulur.

Moderator.az APA-ya istinadən xəbər verir ki, Vergilər nazirinin müavini Natiq Əmirovun Milli Məclisin iqtisadi siyasət komitəsinin iclasında dediyinə görə, bununla bağlı Vergilər Məcəlləsinə dəyişiklik edilməsi təklif olunur.

Dəyişikliyə əsasən, ölkəyə idxal olunan minik avtomobillərində mühərrikin həcmi 2000 sm³-dək olduqda, mühərrikin həcminin hər sm³-ə görə 0,15 manatdan 0,20 manata qədər artırılacaq.

Mühərrikin həcmi 3000 sm³-ə qədər olduqda, indi 300 manat və əlavə olaraq mühərrikin həcminin 2001-3000 sm³ hissəsi üçün hər sm³-ə görə 1 manat aksiz dərəcəsi tətbiq olunursa, dəyişiklik qəbul olunduqdan sonra belə avtomobillər üçün 400 manat və əlavə olaraq 2001-3000 sm³ hissəsi üçün hər sm³-ə görə 1,5 manat aksiz dərəcəsi ödəniləcək.

Bundan başqa, hazırda mühərrikin həcmi 4000 sm³-dək olduqda aksiz dərəcəsi 1300 manat və əlavə olaraq 3001-4000 sm³ hissəsi üçün hər sm³-ə görə 2 manat təşkil edirsə, qanun layihəsi təsdiqlənəndən sonra aksiz dərəcəsi müvafiq olaraq 1900 manat və əlavə olaraq 3001-4000 sm³ hissəsi üçün hər sm³-ə görə 4 manat olacaq.

Hazırda qüvvədə olan qanunda mühərrikin həcmi 4000 sm³-dən çox olduqda bəndinin əvəzində yeni qanun layihəsinə iki bənd - mühərrikin həcmi 5000 sm³-dək olduqda və 5000 sm³-dən çox olduqda əlavə edilib.

Belə ki, dəyişiklik məqbul sayılsa, aksiz dərəcəsi mühərrikin həcmi 5000 sm³-dək olduqda 5900 manat və əlavə olaraq 4000-5000 sm³ hissəsi üçün hər sm³-ə görə 8 manat, mühərrikin həcmi 5000 sm³-dən çox olduqda 13900 manat və əlavə olaraq 5000 sm³-dən çox olan hissəsi üçün hər sm³-ə görə 10 manat təşkil edəcək.

İndi istirahət və ya idman üçün yaxtalar və bu məqsədlər  üçün nəzərdə tutulan digər üzən vasitələrdə mühərrikin həcminin hər sm³-ə görə aksiz dərəcəsi 1 manatdırsa, dəyişiklikdən sonra bu kateqoriya üzrə aksiz dərəcəsi 3 manat olacaq.

 

Vergitutma obyektinin adı

 

                  

                  Aksizin  dərəcəsi

             

                İndi

 

 

 Dəyişiklikdən sonra

 Minik avtomobilləri:

-mühərrikin həcmi 2000 sm³-dək olduqda

 

Mühərrikin həcminin hər sm³-nə görə - 0,15 manat

 

Mühərrikin həcminin hər sm³-nə görə - 0,20manat

-mühərrikin həcmi 3000 sm³-dək olduqda

300 manat + mühərrikin həcminin 2001-3000 sm³ hissəsi üçün hər sm³-ə görə - 1 manat

 

400manat+mühərrikin həcminin 2001-3000 sm³ hissəsi üçün hər sm³-ə görə - 1,5 manat

 

-mühərrikin həcmi 4000 sm³-dək olduqda

1300 manat + mühərrikin həcminin 3001-4000 sm³ hissəsi üçün hər sm³-ə görə - 2 manat

 

1900 manat + mühərrikin həcminin 3001-4000 sm³ hissəsi üçün hər sm³-ə görə - 4 manat

 

-mühərrikin həcmi 5000 sm³-dən çoxolduqda

 

 

5900 manat+ mühərrikin həcminin 4000-5000 sm³ hissəsi üçün hər sm³-ə görə - 8 manat

 

-mühərrikin həcmi 5000 sm³-dən çox olduqda

 

 

13900 manat+ mühərrikin həcminin 5000 sm³-dən çox olan hissəsi üçün hər sm³-ə görə - 10 manat

 

İstirahət və ya idman üçün yaxtalar və bu məqsədlər üçün nəzərdə tutulan digər üzən vasitələr

Mühərrikin həcminin hər sm³-ə görə - 1 manat

Mühərrikin həcminin hər sm³-ə görə - 3 manat

Qeyd: Qalın şriftlə qeyd olunanlar əlavə olunmuş bəndləri və artımın məbləğini göstərir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycan üçün Cənubi Qafqazdakı münaqişə başa çatıb – Prezidentin köməkçisi

Azərbaycan üçün Cənubi Qafqazdakı münaqişə başa çatıb – Prezidentin köməkçisi

Hikmət Hacıyev: “Zəngəzur dəhlizi Avrasiyanın nəqliyyat mənzərəsini dəyişəcək”

Hikmət Hacıyev: “Zəngəzur dəhlizi Avrasiyanın nəqliyyat mənzərəsini dəyişəcək”

Xüsusi icra məmuru olmaq istəyənlər üçün QAYDALAR DƏYİŞDİ

Xüsusi icra məmuru olmaq istəyənlər üçün QAYDALAR DƏYİŞDİ

DYP-dən qış mövsümünə hazırlıqla bağlı ÇAĞIRIŞ

DYP-dən qış mövsümünə hazırlıqla bağlı ÇAĞIRIŞ

Sabahın HAVASI: 5 dərəcə şaxta, qar... – PROQNOZ

Sabahın HAVASI: 5 dərəcə şaxta, qar... – PROQNOZ

Minsk Qrupu rəsmən fəaliyyətini dayandırdı - YEKUN QƏRAR

Minsk Qrupu rəsmən fəaliyyətini dayandırdı - YEKUN QƏRAR

"Şahdağ Turizm Mərkəzi"ndə də yoxlamalar APARILDI

"Şahdağ Turizm Mərkəzi"ndə də yoxlamalar APARILDI

İrəvanda bina çökdü: Yaralı var – VİDEO

İrəvanda bina çökdü: Yaralı var – VİDEO

“Beşiktaş” səfərdə qalib gəldi - VİDEO

“Beşiktaş” səfərdə qalib gəldi - VİDEO

Bayden dövründə ABŞ-a 100 min Əfqanıstan vətəndaşı gəlib?

Bayden dövründə ABŞ-a 100 min Əfqanıstan vətəndaşı gəlib?

Leyla Əliyeva övladlarının FOTOSUNU PAYLAŞDI

Leyla Əliyeva övladlarının FOTOSUNU PAYLAŞDI

YouTube-da YENİLİK: 18+ işarəsi olan videoları açanda…

YouTube-da YENİLİK: 18+ işarəsi olan videoları açanda…

Lerikdə sitrus meyvə adı ilə narkotik satanlar TUTULDU – FOTO

Lerikdə sitrus meyvə adı ilə narkotik satanlar TUTULDU – FOTO

Emin Ağalarov oğullarını belə təbrik etdi – VİDEO

Emin Ağalarov oğullarını belə təbrik etdi – VİDEO

Həsən Həsənli: “600 min şagirdə rəqəmsal bacarıqlar tədris olunur”

Həsən Həsənli: “600 min şagirdə rəqəmsal bacarıqlar tədris olunur”

“Buraya adam da düşə bilər, maşın da...” – VİDEO

“Buraya adam da düşə bilər, maşın da...” – VİDEO

ABŞ-da güclü qar: 50-dən çox avtomobil toqquşdu – ANBAAN VİDEO

ABŞ-da güclü qar: 50-dən çox avtomobil toqquşdu – ANBAAN VİDEO

Benzin və dizellə bağlı rəsmi məlumat

Benzin və dizellə bağlı rəsmi məlumat

13 yaşlı qıza əxlaqsızlıq edən gəncə 2 il həbs!

13 yaşlı qıza əxlaqsızlıq edən gəncə 2 il həbs!

Bakıda qorxu evinə gedən 15 yaşlı qız xəsarət aldı - Alnına 11 tikiş qoyuldu

Bakıda qorxu evinə gedən 15 yaşlı qız xəsarət aldı - Alnına 11 tikiş qoyuldu

Qalib məktəblilərin mükafatlandırılma mərasimi başladı - FOTO

Qalib məktəblilərin mükafatlandırılma mərasimi başladı - FOTO

İlkin Rəhimov vəzifəsindən azad edildi

İlkin Rəhimov vəzifəsindən azad edildi

SON DƏQİQƏ! Əli Kərimliyə qarşı ittiham İRƏLİ SÜRÜLDÜ - Hakimiyyəti zorla ələ keçirmək...

SON DƏQİQƏ! Əli Kərimliyə qarşı ittiham İRƏLİ SÜRÜLDÜ - Hakimiyyəti zorla ələ keçirmək...

Qənimət Zahidovun MƏHKƏMƏSİ başlayır

Qənimət Zahidovun MƏHKƏMƏSİ başlayır

End of content

No more pages to load

RADİO