Moderator.az oxucuları üçün maraqlı olan bir statusu təqdim edir. Status müəllifinin kimliyini və paylaşmasının məğzini biləcəksiniz...
"Mən Bakıda təhsil aldığım dövrdə, yaxşı xatırlıyıram hamsını, bir balaca xoş sözə də ehtiyac duyurdum. Cünki evimizdən gələndə ərköyün, ovuc içində bəslənmiş uşaq, indi təsəvvür edin ki, gəlib internatda, o zaman 8 illik idi, indi İncəsənət qimnaziyasi deyilən yerdə ümümi uşaqlarla bərabər baş çıxartmalı idi..çox çətin idi. Bir quru can sözünə belə möhtac idik. Kimsə yaxınlaşıb bir xoş söz deyərdisə..elə bilərdik ki, bizə dünyanı verdi.xa0
Əslində bunları yazmaqda məqsədim var. Məqsədim də odur ki, mənə çox əziz olan insanlar var ki, onlara təşəkkür borcumu qeyd etmək istiyirəm. Əziz bacım Qənirə Paşayeva bununla neçə dəfədir ki, mən başqa ölkələrdə olanda, getdiyim səbəblərdən dolayı Qənirə xanım mənə zəng vurub və yaxud da gəlib ay bacı, bəlkə bir köməyə ehtiyacın var deməyə. Eləcədə Aynişan Guliyeva Xalid mənim əziz balam bilirsiniz ki,Türkiyədə təhsil alır, ona zəng vurub, gedib yanına a qızım, bəlkə bir problemin var, əhvalıyla maraqlanıb, eləcə də digər tələbələrimizlə.
Əfruz Eylazova, çox dəyərli əzizim, eləcə də Əfruz xanim, bütün Qənirə xanımçün dediklərim ona da şamildir.
Nurana Aliyeva, o timsalda əzizim Nuranə xanimda. Sizin hər birinizə ayrı-ayrılıqda sonsuz təşəkkür edirəm. Tələbə ücün qəribçilikdə ona birtək can sözü belə Dünyadır.O dünya boyda sevginiz heç vaxt tükənməsin əziz bacım Qənirə xanım, Əfruz xanim, Nuranə xanim!Var olun hər zaman!"