Vətəndaş və İnkişaf Partiyasının sədri, Moderator.az-ın ən yaxın dostlarından olan Əli Əliyev də 2 yaşımızı təbrik edib:
"Bu mərhələ münasibətilə Siz başda olmaqla bütün yaradıcı heyətinizi təbrik edirəm. Bu ağır dönəmdə 4-cü hakimiyyət sayılan mətbuat qurumunun rəhbəri olmaq, onu yaşatmaq, simanı qorumaq çox müşkül iş olsa da Siz bunu kollektiv olaraq bacardınız. Hamıdan bərabərdə durmaq mətbuatın peşə etikası, cəmiyyətin aynası olmaq onun görəvidir. Təəssüf olsun Sizin kimisi Azərbaycan mətbuatında azdır. Tendensiya və sponsorun iradə ifadəçisi olmaq jurnalistikanı saxtalaşdırır. Bu da heyhat ki, mətbuatımızın tez-tez rastlaşdığı mərəzidir. İnşallah dövlət və ədalətli cəmiyyət quruculuğundakı missiyanız əvəzsiz qalmayacaq. Vacibi odur ki, xəttinizi davam etdirəsiniz. Gələcək ildönümlərinizdə də Sizləri belə könül xoşluğu ilə təbrik edə bilək. Tutduğunuz məqam ağır olsa da, şərəflidir. Nümunə olmaq daima çətin olub, gələcəkdə də çətin olacaq. Lakin meyar olmaq bacarığı hər kəsə yox, şəxsiyyətlərə məxsus keyfiyyətdir. "Palaza bürünməmək" üçün dayanıqlıq lazımdır-Allah bu keyfiyyətinizi artırsın. Öz və bütün VİP-çilər adından Sizlərə uğurlar arzulayırıq."