Ermənistan terrorçuya abidə qoyan yeganə ölkədir

"Terrorizm Ermənistanın dövlət siyasətinin tərkib hissəsidir və Ermənistan Respublikası terroru dəstəkləyən dövlətdir". Məlumata görə, bunu Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri vəzifələrini icra edən Hikmət Hacıyev deyib. 

Onun sözlərinə görə, Ermənistanın xüsusi xidmət orqanlarının bilvasitə dəstəyi və iştirakı ilə 80-ci illərin sonundan başlayaraq, Azərbaycana qarşı 30-dan artıq terror-təxribat əməli törədilib. Bu terror əməllərinin Ermənistanın xüsusi xidmət orqanları tərəfindən törədilməsi əməliyyat-istintaq yolları ilə tam şəkildə sübut olunub. 

"19 mart və 3 iyul 1994-cü il tarixində Bakı metrosunda Ermənistanın xüsusi xidmət orqanları tərəfindən törədilmiş terror aktları ilə məhz Ermənistan dünyada metro nəqliyyatında terrorun əsasını qoyub. Ermənistan xüsusi xidmət orqanlarının bu ənənələri əsasında 10 il sonra Madrid və London metrolarında terror aktları törədilib". 

O, qeyd edib ki, Ermənistan dünyada yeganə ölkədir ki, faşist müharibə cinayətkarı “general Dro” və qatı terrorçu Monte Melkonyan Ermənistanın milli qəhrəmanları elan edilmiş və onların şərəfinə İrəvanda abidələr qoyulub. 

"Dünyada terrorizmə qarşı mübarizədə “erməni terrorizmi” (Armenian terrorism) və onun “modus operandi”si xüsusi bir sahə kimi öyrənilir. 

Tarixdən danışan Ermənistan xarici işlər nazirinə XIX əsrdən başlayan daşnak erməni terrorizmi, hələ Çar Rusiyasının 12 iyun 1903-cü il tarixli qərarı, beynəlxalq terrorun tərkib hissəsi olan və Ermənistanın xüsusi xidmət orqanlarının tərkibinə keçən ASALA terrorunu xatırlatmaq lazımdır. 

Azərbaycan Respublikası bu gündə Ermənistan tərəfindən dövlət səviyyəsində aparılan terrorizm və beynəlxalq terrorizmlə üz-üzədir və Azərbaycanın beynəlxalq terrorizmə qarşı mübarizədə verdiyi töhfələri dünya birliyi tərəfindən layiqincə qiymətləndirilir". (naspress)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"ChatGPT"yə rəqib gəlir – BU DƏFƏ ÇİNDƏN

"ChatGPT"yə rəqib gəlir – BU DƏFƏ ÇİNDƏN

“Qarabağ” Koxalski ilə müqaviləni UZADACAQ

“Qarabağ” Koxalski ilə müqaviləni UZADACAQ

Ağdamın Xıdırlı kəndinə növbəti KÖÇ - FOTO

Ağdamın Xıdırlı kəndinə növbəti KÖÇ - FOTO

Qaxda 9-cu sinif şagirdi ehtiyatsızlıqdan özünü güllələyib - ÖZƏL

Qaxda 9-cu sinif şagirdi ehtiyatsızlıqdan özünü güllələyib - ÖZƏL

İdeoloji radikallaşmanın Hindistan NÜMUNƏSİ – Siqhlərin azadlıq mübarizəsi necə BOĞULUR?

İdeoloji radikallaşmanın Hindistan NÜMUNƏSİ – Siqhlərin azadlıq mübarizəsi necə BOĞULUR?

Paşinyanın düşməni HƏBSDƏ QALDI

Paşinyanın düşməni HƏBSDƏ QALDI

Cəlilabadın bu kəndlərində işıq yoxdur

Cəlilabadın bu kəndlərində işıq yoxdur

Deputatlarımız erməni həmkarları ilə İstanbulda bir araya gəldi - FOTO

Deputatlarımız erməni həmkarları ilə İstanbulda bir araya gəldi - FOTO

Horovlu kəndində daha 37 ailəyə evlərin açarları təqdim olundu – FOTO

Horovlu kəndində daha 37 ailəyə evlərin açarları təqdim olundu – FOTO

Yunan-Roma güləşçimiz İslamiadada finala yüksəldi - FOTO

Yunan-Roma güləşçimiz İslamiadada finala yüksəldi - FOTO

Beynəlxalq axtarışda olan Elmixan Kərimov Polşada TUTULDU

Beynəlxalq axtarışda olan Elmixan Kərimov Polşada TUTULDU

Səməd Həsənov yüksək vəzifəyə TƏYİN EDİLDİ

Səməd Həsənov yüksək vəzifəyə TƏYİN EDİLDİ

Teymur Məmmədov: "Ölümünü hiss edirdi, amma, özünü o yerə qoymurdu"

Teymur Məmmədov: "Ölümünü hiss edirdi, amma, özünü o yerə qoymurdu"

1600-dən çox taksi sürücüsü imtahan verəcək – BU TARİXDƏ

1600-dən çox taksi sürücüsü imtahan verəcək – BU TARİXDƏ

Bakı sakinlərinin NARAHATLIĞI – Sudan gələn kəskin xlor qoxusu ilə bağlı RƏSMİ AÇIQLAMA

Bakı sakinlərinin NARAHATLIĞI – Sudan gələn kəskin xlor qoxusu ilə bağlı RƏSMİ AÇIQLAMA

“Ermənilər və azərbaycanlılar arasında düşmənçilik tədricən azalacaq” - İşxan Verdyan

“Ermənilər və azərbaycanlılar arasında düşmənçilik tədricən azalacaq” - İşxan Verdyan

Azərbaycanda bu magistral yol genişləndirilir – FOTO

Azərbaycanda bu magistral yol genişləndirilir – FOTO

Bakıda təndir evində ÖLÜM

Bakıda təndir evində ÖLÜM

Bir toyuğa görə qadına kəllə atdı, 1100 manat cərimə ödədi

Bir toyuğa görə qadına kəllə atdı, 1100 manat cərimə ödədi

Trampın xüsusi nümayəndəsi də sabah Türkiyəyə gedir

Trampın xüsusi nümayəndəsi də sabah Türkiyəyə gedir

İlin sonuna kimi əfv gözlənilir?

İlin sonuna kimi əfv gözlənilir?

Məktəbli oğluna maşın verən ata HƏBS EDİLDİ

Məktəbli oğluna maşın verən ata HƏBS EDİLDİ

Məntiq MÜƏMMASI – Tədris olunmursa, imtahana niyə SALINIR?

Məntiq MÜƏMMASI – Tədris olunmursa, imtahana niyə SALINIR?

Azad Şükürov: “Sonuncu dəfə görüşəndə “gedirəm,bir şey qalmayıb” dedi”

Azad Şükürov: “Sonuncu dəfə görüşəndə “gedirəm,bir şey qalmayıb” dedi”

End of content

No more pages to load

RADİO