Körpə uşaqların dəfn edildiyi saxsı qab qəbirləri tapılıb - FOTO

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix üzrə fəlsəfə doktoru Nəcəf Müseyiblinin rəhbərlik etdiyi “Qədim Qəbələ” arxeoloji ekspedisiyası tərəfindən abidələrlə zəngin olan Qəbələ rayonu ərazisində 2014-cü ilin çöl tədqiqatları mövsümündə aparılan son arxeoloji araşdırmalar zamanı yeni maraqlı faktlar aşkar olunub.

İnstitutdan Trend-ə verilən məlumata görə, e. ə. IV minilliyin birinci yarısına aid Qalayeri qədim yaşayış məskənində əvvəlki illərdə aparılmış qazıntı işləri bu il də davam etdirilib. Öz kökləri ilə Ön Asiyaya bağlı olan Leylatəpə arxeoloji mədəniyyətinə məxsus Qalayeri yaşayış məskənində aşkar edilmiş gil qatlarından qurulmuş tikili qalıqlarının analoqları Azərbaycan və bütövlükdə Qafqaz abidələrindən məlum deyildir. Tapıntıların əksəriyyətini saxsı qab qalıqları və daşdan müxtəlif əmək alətləri təşkil edir. Ön Asiya ənənələrinin davamı olaraq içərisində körpə uşaqların dəfn edildiyi saxsı qab qəbirləri də aşkar edilib. Abidədə hələ 6 min il əvvəl Qafqazda məlum olmayan dulus çarxının tətbiqini bir daha sübut edən tapıntı ”“ üstündə çarxın fırlandığı daş alət və çarxın daşdan digər detalları aşkar edilib.

Məişətdə daha çox tələbatın olduğu saxsı qabların dulus çarxında istehsalı və onların üstündə tanınma işarələrinin vurulması hələ 6 min il əvvəl Azərbaycanda kütləvi istehsal üzərində mərkəzləşmiş nəzarətin, cəmiyyətdə erkən idarəçilik ənənələrinin təşəkkül tapdığını göstərir. Ümumiyyətlə, Qalayeri yaşayış məskəni memarlıq qalıqları və bütün arxeoloji materialları ilə Şərqi Anadoludakı Arslantəpənin 7-ci təbəqəsi ilə tam uyğunluğa malikdir.

Ekspedisiya rayon ərazisində arxeoloji kəşfiyyat işləri də aparıb, əvvəllər elmə məlum olmayan yeni abidələr aşkarlayıb. İlk növbədə, Dizaxlı kəndi yaxınlığında, Qaraçayın hündür sağ sahilində aşkar edilmiş Daş dövrünün qədim mərhələsinə - alt paleolit dövrünə aid daş alətləri xüsusilə qeyd etmək lazımdır. Yaşı 450-500 min il olan qədim Aşel mərhələsinə aid iri qaşov-iskənə və çopper tipli bu alətlərin aşkar edildiyi “Qızlar qalası” adlı sahə çox güman ki, ibtidai insanların açıq tipli düşərgəsi olub. Bu tapıntılar Böyük Qafqaz dağlarının cənub ətəklərində Aşel dövründə insanların məskunlaşması və miqrasiyası tarixinin tədqiqi üçün mühüm əhəmiyyət kəsb edir.

Ekspedisiyanın elmi yeniliklərindən biri də Dizaxlı kəndinin şərqində, Qaraçayın hündür sağ sahilinin kənarında Kür-Araz mədəniyyətinə aid torpaq qəbirləri nekropolunun müəyyən edilməsi olub. Belə ki, bu vaxtadək Kür-Araz mədəniyyətinə aid kurqan örtüyü olmayan və yaşayış yerindən kənarda torpaq qəbirləri məzarlığı məlum deyildir. Burada dəfinə axtaranlar bir neçə qəbri dağıdıblar. Abidənin xüsusiyyətini müəyyən etmək üçün qəbirlərdən birində arxeoloji qazıntı aparılıb. Qəbirdə yanı üstdə dəfn edilmiş insanın skeleti, onun ətrafında saxsı qablar və toxuculuq aləti olan sümükdən iy başlığı aşkar edilib. Bunlardan əlavə, kəndin ərazisindəki kurqanların GPS koordinatları və ölçüləri qeydə alınıb.




© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

2026-cı ildə manatın məzənnəsi üçün kritik PROQNOZ

2026-cı ildə manatın məzənnəsi üçün kritik PROQNOZ

Prezidentdən kubalı həmkarına MƏKTUB

Prezidentdən kubalı həmkarına MƏKTUB

Yeni ilin ilk günü BÜRCLƏRƏ nə vəd edir?

Yeni ilin ilk günü BÜRCLƏRƏ nə vəd edir?

İsveçrədə DƏHŞƏTLİ PARTLAYIŞ – Ölən və yaralananlar var – VİDEO

İsveçrədə DƏHŞƏTLİ PARTLAYIŞ – Ölən və yaralananlar var – VİDEO

Öskürəkdən əziyyət çəkənlərə XƏBƏRDARLIQ – Bu içkilərdən UZAQ DURUN!

Öskürəkdən əziyyət çəkənlərə XƏBƏRDARLIQ – Bu içkilərdən UZAQ DURUN!

Hər gün kitab oxumağın 6 FAYDASI

Hər gün kitab oxumağın 6 FAYDASI

61 il eyni məktəbdə çalışan müəllim Rekordlar Kitabına DÜŞDÜ

61 il eyni məktəbdə çalışan müəllim Rekordlar Kitabına DÜŞDÜ

Millimizin futbolçusu və həndbol yığmamızın üzvü nişanlandı – FOTO

Millimizin futbolçusu və həndbol yığmamızın üzvü nişanlandı – FOTO

Kürdəmirdə AĞIR QƏZA – Xəsarət alanlar var – FOTO/VİDEO

Kürdəmirdə AĞIR QƏZA – Xəsarət alanlar var – FOTO/VİDEO

İtkin düşən beş nəfər bayram günü TAPILDI

İtkin düşən beş nəfər bayram günü TAPILDI

Azərbaycan nefti BAHALAŞDI

Azərbaycan nefti BAHALAŞDI

Orban: “ABŞ 2026-cı ildə Rusiya ilə sülh müqaviləsi bağlaya bilər”

Orban: “ABŞ 2026-cı ildə Rusiya ilə sülh müqaviləsi bağlaya bilər”

Evini kirayə verənlərə ŞAD XƏBƏR

Evini kirayə verənlərə ŞAD XƏBƏR

Tramp Yeni ildə özünə nə söz verib? – VİDEO

Tramp Yeni ildə özünə nə söz verib? – VİDEO

Afrika Millətlər Kuboku: 1/8 finalın cütlükləri və oyunların TƏQVİMİ

Afrika Millətlər Kuboku: 1/8 finalın cütlükləri və oyunların TƏQVİMİ

Elnarə ailəsi ilə - FOTO

Elnarə ailəsi ilə - FOTO

Amsterdamda 150 illik kilsə Yeni il gecəsi YANDI – ANBAAN VİDEO

Amsterdamda 150 illik kilsə Yeni il gecəsi YANDI – ANBAAN VİDEO

Şabranda qadın meyiti tapıldı – ÖZƏL

Şabranda qadın meyiti tapıldı – ÖZƏL

Xaricdən telefon gətirmək istəyənlərin NƏZƏRİNƏ

Xaricdən telefon gətirmək istəyənlərin NƏZƏRİNƏ

İranda GƏRGİNLİK ARTIR - Etirazçılar SEPAH-a məxsus texnikaları yandırdılar – VİDEO

İranda GƏRGİNLİK ARTIR - Etirazçılar SEPAH-a məxsus texnikaları yandırdılar – VİDEO

Daha bir ölkə avroya KEÇDİ

Daha bir ölkə avroya KEÇDİ

Trampdan Putinə AĞIR ZƏRBƏ – Rusiyanın yalanını belə İFŞA ETDİ – FOTO

Trampdan Putinə AĞIR ZƏRBƏ – Rusiyanın yalanını belə İFŞA ETDİ – FOTO

Qadınların pensiya yaşı artırılacaq – BU TARİXDƏN

Qadınların pensiya yaşı artırılacaq – BU TARİXDƏN

Azərbaycanda ən çox turist bu əraziləri seçir - AÇIQLAMA

Azərbaycanda ən çox turist bu əraziləri seçir - AÇIQLAMA

End of content

No more pages to load

RADİO