Ümid Partiyasının Mərkəzi Aparatının rəhbəri Nəsimi Məmmədli bundan sonra fəaliyyətini hüquq müdafiəçisi kimi davam etdirəcək. Bu barədə Moderator.az-a açıqlamsında Nəsimi Məmmdəli özü deyib. Onun sözlərinə görə, o, bundan sonra aktiv siyasi fəaliyyətdən daha çox diqqətini QHT sektorunda hüquq müdafiəçisi kimi davam etdirmək niyyətindədir. Artıq bu sahədə bir sıra layihələrinin olduğunu deyən N.Məmmədli bildirib ki, bundan sonra daha çox diqqətini hüquq müdafiəsi sahəsinə yönəldəcəyindən partiya rəhbərliyində təmsil olunmaq niyyəti yoxdur:
“Bir sıravi üzv kimi partiyada da insan haqları və hüquq müdafiəsi sahəsində fəaliyyətimi davam etdirəcəyəm. Amma əsas fəaliyyətimi QHT sektoruna yönəldəcəyəm və bu sahədə aktiv fəaliyyət göstərmək niyyətim var.”