Dövlət başçısını Mehriban xanım Əliyeva və ailə üzvləri müşayiət ediblər.
Prezident və ailə üzvləri güllərlə bəzədilmiş parkı gəziblər.
Qeyd edək ki, bu gün səhər saatlarında dövlət başçısı ailə üzvləri ilə birlikdə Fəxri Xiyabanda Heydər Əliyevin məzarını da ziyarət edib.
ANS PRESS-in məlumatına görə, Heydər Əlirza oğlu Əliyev 10 may 1923-ci il tarixdə Naxçıvanda anadan olub. Görkəmli dövlət xadimi 12 dekabr 2003-cü ildə sıralarımızı tərk edib.