Mayın 1-də “Yeni Müsavat” qəzetinin siyasi şərhçisi Baş Prokurorluğun Ağır Cinayətlərə dair İstintaq İdarəsində jurnalist Rauf Mirqədirovun işi ilə bağlı 3 saata yaxın dindirilib. Sonda Azər Rəşidoğlundan dindirmə ilə bağlı heç bir açıqlama verməmək haqqında iltizam alınıb. Xəbəri “Yeni Müsavat”a Azər Rəşidoğlunun vəkili Vaqif Hüseyn verib.
A.Rəşidoğlu isə bildirib ki, dindirmədən sonra onda belə bir qənaət yaranıb ki, R.Mirqədirovun işi ilə bağlı istintaqda heç bir real fakt yoxdur və bu iş sifarişlidir. Jurnalist onu da bildirib ki, həbslərin davam edəcəyini gözləyir.