Respublika Klinik Xəstəxanasında “kliniki” vəziyyət

Dövlət xəstəxanası “rüşvət epidemiyası”na yoluxub, vətəndaşları soğan qabığı kimi soyurlar; facebook-da xəstəxana haqda nələr yazıldığı və əməkdaşımızın gördükləri bu reportajda...

Azərbaycan vətəndaşlarının ən çox şikayət etdiyi sahələrdən biri də səhiyyə sistemidir. Ölkə səhiyyəsi “rüşvət və özbaşınalıq epidemiyası”ndan qurtula bilmir. Dövlət xəstəxanaları “balıq başdan iylənər” şüarını əldə bayraq tutaraq vətəndaşları soyurlar.
Baxmayaraq ki, dövlət səhiyyə ocaqlarında tibbi xidmət çoxdan ödənişsizdir, amma bu sərəncam quru sözdən o yana keçməyib və Hippokrat andı çoxdan funksionallığını itirib. Ölkənin istənilən dövlət tibb müəssisəsinə ayağını bas, qapıdan liftə, liftdən həkim otağına, həkimdən sıravi təmizlik xidmətçisinə qədər pul tələb edirlər. Əyani sübut olaraq həftənin əvvəlində M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasına gedərkən gördüklərimizi qeyd edə bilərik.

El arasında “Respublikanski” adlanan bu səhiyyə ocağında vətəndaşları soğan kimi soyurlar. Doğrudur, bu xəstəxanadakı şəraitsizlik, bir neçə ildir ləng gedən təmir işləri və rüşvətin tüğyan etməsi mətbuatda ictimailəşdirilib. Yazılan tənqidlər isə nəticəsiz qalıb, ölkənin ən böyük tibb müəssisələrindən biri rüşvət yuvası kimi fəaliyyətini davam etdirir.
Reanimasiya otağında xəstəyə yaxşı nəzarət olunmağın yolu var; həkimə gündəlik azı 20 manat verməlisən. Tibb bacıları da şəbəkəyə daxildir. Onlara da 5-10, sanitara 3-4 manat verilməlidir. Bütün bu “kriteriyalar” çərçivəsində işləyən Respublika Kliniki Xəstəxanada insanların vəziyyəti həqiqətən də klinikdir.

Bu pulu verməsən, xəstənizə yaxşı nəzarət olunmayacaq. Buranın özəl xəstəxanalardan pul baxımdan heç bir fərqi yoxdur. Fərq sadəcə özəl klinikaların daha yüksək şəraitinin olması və buranın dövlət xəstəxanası adlanmasıdır.

Xəstəxananın qapısından içəri girməzdən öncə başa çatmayan əbədi təmir işləri diqqəti çəkir. Xəstəxana neçə vaxtdır ki, korpus-korpus təmir edilir. Ona görə də şəraitsizlik və darısqallıq yaranıb. Xəstəxananın divarları az qala adamın üstünə gəlir. Köhnə, baxımsız və soyuq divarlar, köhnəlmiş tavan və döşəmə, hər yerdə elanlar və s.
Ultrasəs müayinəsi otağının qarşısında növbə yaranmışdı. Müayinəyə gələnlərin ardı-arası kəsilmir. Nəzarətçi bir-bir qeydiyyata alır, adla çağırır. Bu kabinetdə müayinənin konkret tarifləri müəyyənləşdirilib.

Məsələn, kim zobdan müayinə olunmaq istəyirsə 20 manat ödəməlidir. Qadınlarda daxili orqanların kompleks müayinəsi isə 100 manata başa gəlir. Bundan başqa burada qanın ümumi analizi 10 manatdır. Qanda qlükozanın müəyyən olunması 5, sidiyin ümumi analizi 10, böyrək analizləri 35, QİÇS analizi 10, adi həkim müayinəsi 25, professor müayinəsi 70, ginekoloji yoxlanma 50 manata başa gəlir.

Deyirlər ki, döş qəfəsinin rentgeni üçün 15-25 manat ödəmək lazımdır. Daxili orqanların ümumi müayinəsi isə 160 manatdır. Doğum şöbəsinin təyin etdiyi qiymət cədvəli isə vətəndaşlarda sancılanma yaradır. Qeysəriyyə əməliyyatına hazırlaşanlar 800 manat ödəməlidir. Bu hesaba xəstəxanadakı digər xərclər daxil deyil. Əməliyyata girmədən öncə xəstənin yaxınlarına lazım olan preparatların böyük bir siyahısı verilir.

Aptekə üz tutan vətəndaş cibindəki bütün pulları verib, soyulur. Bunları almaq üçün də aptekdə orta hesabla 50-80 manat xərclənir. Belə prosedurları keçənlər isə bildirirlər ki, verilən siyahıda yoddan tutmuş həkim üçün rezin əlcəklərə qədər hər şey nəzərdə tutulur. Hərçənd, xəstələrə pulsuz verilməlidir. Deyilənləri təkcə doğum şöbəsinə şamil etmək olmaz. Ümumilikdə, xəstə yaxınını görmək üçün gələn vətəndaşlardan 5 manat istənilir. Çox qəribədir ki, bu xəstəxananın adı ilə bağlı facebook-da səhifə açılıb. Bu səhifədə vətəndaşların şikayətləri, rüşvət verilməsi barədə narazılıqlardan bəhs olunur. İnsanlar xəstəxanada nələr baş verdiyi haqda yazırlar.

Məsələn, Fəxrəndə İmran adlı profil sahibi yazır: “Orada rüşvət və özbaşınalıq baş alıb gedir. Prezident dövlət xəstəxanalarında pulsuz tibbi xidmət göstərildiyini deyir. Ancaq orada qapıçıdan baş həkimə qədər biznes açıblar. Xəstələri diri-diri soyurlar”. Digər şəxslər də bu sayaq fikirləri bölüşüblər. Amma xəstəxananın tibbi personalı qeyri-rəsmi söhbətdə narazılıq edirlər.

Onlar yuxarının tələblərini yerinə yetirdiklərini deyirlər. Tibb işçiləri əmək haqlarının azlığından və nazir Oqtay Şirəliyevin fəaliyyətindən gileylənirlər. Təbii ki, işlərini itirmək qorxusuna görə açıq şəkildə mətbuata danışmırlar. Reallıqda isə rüşvətin yığılmasında təkcə özlərini günahkar bilmirlər.

Biz xəstəxananı tərk edəndə müayinə və müalicə üçün gələnlərin sayı artmaqda idi. İnsanlar rüşvət istənməsindən, apteklərdə dərmanların bahalığından, həkimlərin onları get-gələ salmasından. yanlış diaqnozlardan, şəraitsizlikdən şikayətlənirdilər. Onların üzündən ümidsizlik yağırdı. Bilmirdilər kimə dərdlərini desinlər. Tək çarə pulunu verib, xəstəni sözün hər iki mənasından xilas etməkdir - həm xəstəlikdən, həm də xəstəxananın əlindən...








© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"Bu dəlilərin əlindən sosial şəbəkəyə girə bilmirəm"

"Bu dəlilərin əlindən sosial şəbəkəyə girə bilmirəm"

Serbiya qəzetində Ağdam şəhəri haqqında məqalə dərc olundu

Serbiya qəzetində Ağdam şəhəri haqqında məqalə dərc olundu

İlham Əliyevin "X"dəki hesabında Vuçiçlə görüşü ilə bağlı paylaşım edilib - FOTO

İlham Əliyevin "X"dəki hesabında Vuçiçlə görüşü ilə bağlı paylaşım edilib - FOTO

Messinin həyat yoldaşı Sevgililər Günündə aldığı hədiyyələrlə öyündü - FOTO

Messinin həyat yoldaşı Sevgililər Günündə aldığı hədiyyələrlə öyündü - FOTO

Qaradağlı faciəsi və onun siyasi nəticələri - VİDEO

Qaradağlı faciəsi və onun siyasi nəticələri - VİDEO

Serbiyada bayram-bayrama qarışıb - VİDEO

Serbiyada bayram-bayrama qarışıb - VİDEO

Kolumbiyada saratovlu mer qubernator olmaq istəyir

Kolumbiyada saratovlu mer qubernator olmaq istəyir

34 yaşlı qadın zəhərləndi

34 yaşlı qadın zəhərləndi

Ağstafada üç mərtəbəli fərdi ev yandı

Ağstafada üç mərtəbəli fərdi ev yandı

Şahmat üzrə Azərbaycan çempionatında 1/4 finalın ikinci partiyaları - NƏTİCƏLƏR

Şahmat üzrə Azərbaycan çempionatında 1/4 finalın ikinci partiyaları - NƏTİCƏLƏR

Serbiya prezidenti: "Ən çətin məsələlərdə Azərbaycandan dəstək almışıq" - VİDEO

Serbiya prezidenti: "Ən çətin məsələlərdə Azərbaycandan dəstək almışıq" - VİDEO

Vuçiç: "Mən yaxın vaxtlarda Azərbaycana səfər edəcəyəm" - VİDEO

Vuçiç: "Mən yaxın vaxtlarda Azərbaycana səfər edəcəyəm" - VİDEO

Bakıdan bu şəhərə birbaşa aviareyslər açılacaq

Bakıdan bu şəhərə birbaşa aviareyslər açılacaq

Əmlak bazarında bu il gözlənilən qiymətlərlə bağlı PROQNOZ

Əmlak bazarında bu il gözlənilən qiymətlərlə bağlı PROQNOZ

Vuçiçin adından verilən şam yeməyində "Ay Laçın" mahnısı - VİDEO

Vuçiçin adından verilən şam yeməyində "Ay Laçın" mahnısı - VİDEO

Tramp: Sülh Şurası ölkələri Qəzzanın bərpası üçün 5 milyard dollar ayıracaq

Tramp: Sülh Şurası ölkələri Qəzzanın bərpası üçün 5 milyard dollar ayıracaq

Aleksandar Vuçiç: “Çox şeyi İlham Əliyevdən öyrənirəm”

Aleksandar Vuçiç: “Çox şeyi İlham Əliyevdən öyrənirəm”

XƏBƏRDARLIQ: Türkiyənin 9 bölgəsinə güclü yağış yağacaq

XƏBƏRDARLIQ: Türkiyənin 9 bölgəsinə güclü yağış yağacaq

Mingəçevirdə DƏHŞƏT: 46 yaşlı kişinin üstünə spirt tökərək yandırdı

Mingəçevirdə DƏHŞƏT: 46 yaşlı kişinin üstünə spirt tökərək yandırdı

Cüdoçularımız Parisi fəth etdilər: Medal sıralamasında tarixi nəticə

Cüdoçularımız Parisi fəth etdilər: Medal sıralamasında tarixi nəticə

Anası pul vermədi, atasını benzin töküb yandırdı

Anası pul vermədi, atasını benzin töküb yandırdı

Köhnə MTK sistemi tarixə qovuşur: Yeni idarəetmə modeli nə vəd edir?

Köhnə MTK sistemi tarixə qovuşur: Yeni idarəetmə modeli nə vəd edir?

Avtomobil işıq dirəyinə çırpıldı - 2 yaralı var - FOTO

Avtomobil işıq dirəyinə çırpıldı - 2 yaralı var - FOTO

"Eşref Rüya"da daha bir sima - FOTO

"Eşref Rüya"da daha bir sima - FOTO

End of content

No more pages to load

RADİO