Gülər Əhmədovanın tezliklə azad ediləcəyi iddia olunur

Məhkəmə tərəfindən  haqqında 3 il həbs cəzası çıxarılmış eks-deputat Gülər Əhmədova azadlığa buraxıla bilər. Avropa.info-nun əldə etdiyi məlumata görə, birinci instansiya məhkəməsinin çıxardığı qərardan sonra Apelyasiya Məhkəməsinə müraciət edən Gülər Əhmədovanın bu məhkəməsi bir qədər uzadıla bilər. Apelyasiya Məhkəməsi isə eks-deputatın dövlət qarşısındakı keçmiş xidmətlərini, azyaşlı övladının olmasını nəzərə alaraq onun cəzasını 2 ilə endirəcək. Proses o zamana kimi uzadılacaq ki, Gülər Əhmədovanın həbsinin 1 ili tamam olsun. Eks-deputat bu ilin fevral ayının 13-də həbs olunub. 

Əldə etdiyimiz məlumata görə, bundan sonra Gülər Əhmədova  cəza çəkdiyi müəssisənin yerləşdiyi rayon üzrə vaxtından tez azad olunmaqla bağlı məhkəməyə müraciət edəcək. Məhkəmə isə eks-deputatın iddiasını təmin edərək, cəzasının qalan bir ilini şərti cəza ilə əvəzləyəcək.

G.Əhmədovanın azadlığa buraxılmasının qanuni əsaslarını öyrənmək üçün tanınmış vəkil Osman Kazımov sayta açıqlamasında Apelyasiya Məhkəməsinin eks-deputatın cəzasını azaldacağı təqdirdə bunun baş verməsini istisna etməyib: “Ancaq indiki halda bu mümkün deyil. Çünki Gülər Əhmədova ağır cinayətdə ittiham olunduğu üçün yalnız cəzasının 2/3-ni çəkdikdən sonra məhkəməyə müraciət edə bilər. Yəni indiki halda, Gülər Əhmədova gərək 1 il 2 ay həbsdə qalsın ki, bundan sonra məhkəməyə müraciət edə bilsin. Amma Apelyasiya Məhkəməsi onun cəzasını 1 il də  azaltsa, eks-deputat bu hüququndan istifadə edə bilər”.

Vəkil Əfsər Talıbov həbsdə olan sabiq deputat Gülər Əhmədova ilə görüşüb.

Bu barədə APA-ya məlumat verən Ə.Talıbov G.Əhmədovanın həkim nəzarətində olduğunu bildirib: “Gülər xanımın səhhəti yaxşı deyil. Bakı İstintaq Təcridxanasında həkim nəzarətində saxlanılır”.

Ə.Talıbov G.Əhmədova barəsində olan hökmdən yaxın günlərdə apelyasiya şikayəti verəcəklərini də bildirib.

Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsi isə G.Əhmədovanın təcridxanada həkim nəzarətində saxlanıldığı ilə bağlı onun vəkilinin verdiyi açıqlamanı təkzib edib. 

Bu barədə lent.az-a açıqlama verən qurumun rəis müavini İftixar Qurbanov bildirib ki, G.Əhmədovanın səhhətində heç bir problem yoxdur və o, xüsusi olaraq hər hansı formada həkim nəzarətinə götürülməyib.

Müxalifət funksionerlərinin də bu mövzu ilə bağlı fərqli düşüncələri var. Müsavat Partiyası İcra Aparatının sədri Arif Hacılı bildirdi ki, G.Əhmədovanın ittiham olunduğu CM-in 178-ci maddəsi onun 12 ilə qədər azadlıqdan məhrum edilməsini nəzərdə tutur: “Amma bunun müqabilində cəmi 3 il cəza verilməsi göstərir ki, onlar tezliklə Gülər Əhmədovanı azadlığa buraxacaqlar”. 

A.Hacılı bildirdi ki, bunu siyasi qərar hesab edir və hakimiyyət bu addımı ilə G.Əhmədovanı rəsmən himayə etdiyini təsdiqlədi. 

AXCP sədrinin müavini Fuad Qəhrəmanlı hesab edir ki, bu məsələ təkcə G.Əhmədova ilə məhdudlaşmalı deyildi: “O, bu məsələdə sadəcə vasitəçi kimi iştirak edib. Onun  deputat təyin etdirmək hüququ olmayıb. Hökm o zaman ədalətli olardı ki, müttəhimlər kürsüsündə təkcə Gülər Əhmədova yox, pulu verdiyi şəxslər də oturaydı. Çünki burda söhbət Gülər Əhmədovanın dələduzluğundan yox, dövləti cinayətdən, rüşvət qarşılığında seçkinin saxtalaşdırılmasından gedir. O baxımdan da qərarı ədalətli saymaq olmaz. Məhkəmə məsuliyyəti daha çox Gülər Əhmədovanın üzərinə qoymaqla dövləti cinayəti ört-basdır etməyə çalışıb”. 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Trampın tərəfdarı bu gün prezident seçkilərində qalib gələcəkmi?

Trampın tərəfdarı bu gün prezident seçkilərində qalib gələcəkmi?

Argentinada Messinin 26 metrlik heykəlinin açılışı oldu - VİDEO

Argentinada Messinin 26 metrlik heykəlinin açılışı oldu - VİDEO

Dünya çempionatında günün oyunları - GECƏNİN NƏTİCƏLƏRİ - VİDEO

Dünya çempionatında günün oyunları - GECƏNİN NƏTİCƏLƏRİ - VİDEO

Bu gün şagird və abituriyentlər Azərbaycan dili fənni üzrə imtahan verəcəklər

Bu gün şagird və abituriyentlər Azərbaycan dili fənni üzrə imtahan verəcəklər

Rusiya Ukraynaya ballistik raket zərbələrini 12 dəfə artırıb

Rusiya Ukraynaya ballistik raket zərbələrini 12 dəfə artırıb

Bu gün rezidenturaya imtahan var

Bu gün rezidenturaya imtahan var

Qəbələdə avtomobil iki piyadanı vurdu - Ölən və xəsarət alan var - FOTO

Qəbələdə avtomobil iki piyadanı vurdu - Ölən və xəsarət alan var - FOTO

Azərbaycanda gələn aydan PENSİYA YAŞI belə olacaq

Azərbaycanda gələn aydan PENSİYA YAŞI belə olacaq

Ən çox və ən az plan yeri ayrılan KOLLECLƏR

Ən çox və ən az plan yeri ayrılan KOLLECLƏR

ChatGPT istifadəçiləri üçün vacib XƏBƏRDARLIQ

ChatGPT istifadəçiləri üçün vacib XƏBƏRDARLIQ

Bakıda kollektor tikintisi evlərdə çatlar yaratdı – Bəzi sakinlər köçürüldü - VİDEO

Bakıda kollektor tikintisi evlərdə çatlar yaratdı – Bəzi sakinlər köçürüldü - VİDEO

Limonu belə yesəniz arıqlayacaqsınız

Limonu belə yesəniz arıqlayacaqsınız

Yeni mühitə ən sürətlə uyğunlaşan 3 BÜRC

Yeni mühitə ən sürətlə uyğunlaşan 3 BÜRC

Niderland - İsveç matçının ƏN YAXŞISI seçildi

Niderland - İsveç matçının ƏN YAXŞISI seçildi

Fərqanə Qasımova qızı və ikinci nəvəsi ilə - FOTO

Fərqanə Qasımova qızı və ikinci nəvəsi ilə - FOTO

Krasnodardakı hücumda gəncin bıçaqla məkana necə girdiyi MƏLUM OLUB

Krasnodardakı hücumda gəncin bıçaqla məkana necə girdiyi MƏLUM OLUB

Aygün Kazımova Röyanın oğlunun məzun gecəsində - VİDEO

Aygün Kazımova Röyanın oğlunun məzun gecəsində - VİDEO

Zelenski Belarusu növbəti dəfə HƏDƏLƏDİ

Zelenski Belarusu növbəti dəfə HƏDƏLƏDİ

Şahbaz Şərif İsveçrədəki danışıqlarda İŞTİRAK EDƏCƏK

Şahbaz Şərif İsveçrədəki danışıqlarda İŞTİRAK EDƏCƏK

Polşa prezidenti Zelenskini ordendən niyə məhrum etdiyini AÇIQLADI

Polşa prezidenti Zelenskini ordendən niyə məhrum etdiyini AÇIQLADI

DÇ-2026: Niderland İsveçi böyük hesabla məğlub etdi

DÇ-2026: Niderland İsveçi böyük hesabla məğlub etdi

Rayonlara yağış, bəzi yerlərə dolu yağıb – Faktiki hava

Rayonlara yağış, bəzi yerlərə dolu yağıb – Faktiki hava

Elza Seyidcahanın ailəsi ilə şəhər gəzintisi - VİDEO

Elza Seyidcahanın ailəsi ilə şəhər gəzintisi - VİDEO

Ağstafaya ovuc boyda dolu yağdı - VİDEO

Ağstafaya ovuc boyda dolu yağdı - VİDEO

End of content

No more pages to load

RADİO