ABŞ-ın Azərbaycandakı səfirliyinin avtomobilinin evakuator tərəfindən cərimə meydançasına aparılması ilə bağlı xəbərə aydınlıq gətirilib. Səfirliyin mətbuat xidmətinin əməkdaşı Gülçin Seyidova Musavat.com-a bildirib ki, yayılan məlumatlar həqiqətəuyğun deyil: “Biz bu xəbəri təkzib edirik”.
Xatırladaq ki, “Yeni Müsavat”da dərc olunan xəbərdə bildirilirdi ki, ABŞ-ın Bakıdakı səfirliyinin diplomatik nömrə nişanı olan maşını 4 gün əvvəl ”Landmark" Biznes Mərkəzinin qarşısındakı dayanacaqdan götürülərək, cərimə meydançasına aparılıb.