Dünən MTN tərəfindən
saxlanılan Moderator.az xəbər portalının direktoru Pərviz Həşimliyə cəmiyyətin
müxtəlif təbəqələrindən dəstək bəyanatları gəlməkdədir. Avropa.info xəbər
portalının direktoru Ruslan Bəşirli də həmkarı Pərviz Həşimlini müdafiə edən şəxslərin
sırasına qoşulub. R.Bəşirlinin bildirdiyinə görə Pərviz Həşimliyə qarşı irəli
sürülən ittihamlar çox şübhəlidir:
“Biz bu hadisə
baş verən andan prosesləri diqqət mərkəzində saxlamaqdayıq, elan olunan
ittihamlarla da tanışıq. Hesab edirəm ki, bu ittihamlar şübhəlidir və P.Həşimliyə
“yapışmır”.Bu ittihamlar ilk baxışdan saxta olması təəsüratı yaradır. Biz mətbu
orqan olaraq Pərviz Həşimlinin istintaqını cəmiyyətə tam düzgün formada
çatdıracağıq və bütün həmkarlarımıza bunu məsləhət bilərdim. Pərviz Həşimli bu
günə qədər həbs olunan bir çox jurnalistlərin müdafiəsinə qalxıb. Hesab edirəm
ki, bütün mətbuat orqanlar Pərviz Həşimlinin həbsini diqqətdə saxlamalı və
onun müdafiəsi üçün əlindən gələni əsirgəməməlidir.