Bütün Qafqazın şeyxi Hacı Allahşükür Paşazadə Çeçenistanın paytaxtı Qroznu
şəhərində olarkən Azərbaycan dindarlarını hazırkı prezident ilham Əliyevə səs verməyə
çağırıb. Bildiyimiz kimi Azərbaycanda dövlət dindən ayrıdır.
Bəs, görəsən Şeyxin bu bəyanatı Azərbaycan
qanunlarını pozmaq anlamına gəlmirmi? Mövzu ilə əlaqədar tanınmış vəkil Aslan
İsmayılov Moderator.az- a açıqlama verib:
“Ölkə qanunlarına görə şeyxin siyasi
məqsədlərlə çağırış etməyə haqqı yoxdur. Amma bu gün bizdə bilinmir ki,
dindarlar nəyə və kimə qulluq edir. Mənim özüm də anlamıram ki, Azərbaycanın bu
tip dindarları nəyə qulluq edirlər.
Xəyal Əzizov