Aslan İsmayılov Elçibəyi belə xatırlayır - XATİRƏ

Bu gün tanınmış vəkil Aslan İsmayılov özünün facebook səhifəsində Milli Azadlıq Hərəkatının lideri, eks-prezident Əbülfəz Elçibəy haqda fikirlərini bölüşüb. Oxucularımız üçün maraqlı olacağını nəzərə alaraq Moderator.az olaraq həmin fikirləri olduğu kimi dərc edirik.

“Bu gün Azərbaycan xalq hərəkatının liderlərindən biri, AXC (AXCP) sədri, Azərbaycanın müstəqilliyində misilsiz rolu olmuş keçmiş prezidenti Əbülfəz Elçibəyin anadan olmasından 75 il ötür.

Prezident olduğu 1 il ərzində ən mürəkkəb vəziyyətlərdə fikir verənlər daim onun xəyallara daldığının şahidi olurdu. Hər dəfə bu səhnəyə rast gələndə ölkəmi hansı fəlakətlərin gözlədiyini onun baxışlarından hiss edirdim. O dövrlər onun işlətdiyi bəzi ifadələri lağa qoyanlar da tapılırdı. Ona vurulmayan damğa qalmadı. Ən dəhşətlisi də o idi ki, bunu çox vaxt onun ən çox güvəndiyi silahdaşları edirdi. Elə o dövrlərdə AXC-yə heç bir aidiyyatım olmasa da Elçibəyin Vətənə, millətinə olan məhəbbətinin, sadəliyinin, təvazökarlığının, saflığının vurğunu olduğumdan və bu barədə respublika prokurorluğunda danışdığıma görə mənə cəbhəçi damğası vurmuşdular.

1992-ci ilin əvvəllərində onun ətrafından olan, 1993-cü ildən sonra daim axtardığım, ancaq görə bilmədiyim, bir nəfər jurnalist Elçibəyin məni görüşə dəvət etdiyini bildirdi. Prokurorluqda işlədiyimdən, həm də təklifi ciddi qəbul etmədiyimdən gizli görüşə getmədim. Elə həmin ilin aprel aylarında Ali məhkəmədə, səhv etmirəmsə Masallı rayonunda qız qaçırtmış bir nəfərin işində prokuror kimi çıxış edən zaman Elçibəyi məhkəmə zalında oturmuş gördüm. Məhkəmə zalından çıxanda yenə həmin jurnalist məni onunla görüşdürdü. Onun sakitcə "Dağ Məhəmmədə tərəf getməzsə, Məhəmməd dağın yanına gedər" ifadəsi məni utandırdı. Elçibəy elə oradaca "Aslan bəy, mən Sizi öz yanımda görmək istəyirəm" dedi. "Əbülfəz bəy, Siz haqq-ədalət uğrunda vuruşursunuz, mən də prokurorluqda elə həmin işi görürəm. Əgər burada imkanım olmasa gələrəm" dedim. "Nə olar, bu da sənin seçimindir. Yenə fikirləş" deyib ətrafındakılarla məhkəməni tərk etdi. Artıq faktiki olaraq ölkəni idarə edən bir Şəxsin bu qədər sadə olmasını başqaları desələr heç vaxt inanmazdım. Sonralar bir neçə dəfə təkbətək görüşlərimiz oldu. Hər dəfə onu dinlədikcə hansı ağır yükü çəkməsi məni heyrətləndirirdi. 20 ildir bu hakimiyyət Elçibəyin işləməsinə imkan vermədiyimiz hakimiyyət dövrünü tənqid edir. Ancaq ağıllı başla təhqiq edəndə, bütün nöqsanlarına baxmayaraq, Azərbaycanı müstəqil dövlət kimi tanıdan əksər halların məhz o dövrdə baş verdiyini görməmək mümkün deyil. Əminəm ki, gələcək nəsillər Əbülfəz Elçibəyin, bizim hələ də lazımınca qiymətləndirmədiyimiz keyfiyyətləri barədə çoxlu kitablar yazacaq.

Mənim üçün Əbülfəz Elçibəy yer kürəsində ən saf, təmiz, nəfsinə tam qalib olan yeganə Prezident kimi qalır!”


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Şahbaz Şərif də ABŞ-İran danışıqları üçün İsveçrəyə uçdu

Şahbaz Şərif də ABŞ-İran danışıqları üçün İsveçrəyə uçdu

Trampın tərəfdarı bu gün prezident seçkilərində qalib gələcəkmi?

Trampın tərəfdarı bu gün prezident seçkilərində qalib gələcəkmi?

Argentinada Messinin 26 metrlik heykəlinin açılışı oldu - VİDEO

Argentinada Messinin 26 metrlik heykəlinin açılışı oldu - VİDEO

Dünya çempionatında günün oyunları - GECƏNİN NƏTİCƏLƏRİ - VİDEO

Dünya çempionatında günün oyunları - GECƏNİN NƏTİCƏLƏRİ - VİDEO

Bu gün şagird və abituriyentlər Azərbaycan dili fənni üzrə imtahan verəcəklər

Bu gün şagird və abituriyentlər Azərbaycan dili fənni üzrə imtahan verəcəklər

Rusiya Ukraynaya ballistik raket zərbələrini 12 dəfə artırıb

Rusiya Ukraynaya ballistik raket zərbələrini 12 dəfə artırıb

Bu gün rezidenturaya imtahan var

Bu gün rezidenturaya imtahan var

Qəbələdə avtomobil iki piyadanı vurdu - Ölən və xəsarət alan var - FOTO

Qəbələdə avtomobil iki piyadanı vurdu - Ölən və xəsarət alan var - FOTO

Azərbaycanda gələn aydan PENSİYA YAŞI belə olacaq

Azərbaycanda gələn aydan PENSİYA YAŞI belə olacaq

Ən çox və ən az plan yeri ayrılan KOLLECLƏR

Ən çox və ən az plan yeri ayrılan KOLLECLƏR

ChatGPT istifadəçiləri üçün vacib XƏBƏRDARLIQ

ChatGPT istifadəçiləri üçün vacib XƏBƏRDARLIQ

Bakıda kollektor tikintisi evlərdə çatlar yaratdı – Bəzi sakinlər köçürüldü - VİDEO

Bakıda kollektor tikintisi evlərdə çatlar yaratdı – Bəzi sakinlər köçürüldü - VİDEO

Limonu belə yesəniz arıqlayacaqsınız

Limonu belə yesəniz arıqlayacaqsınız

Yeni mühitə ən sürətlə uyğunlaşan 3 BÜRC

Yeni mühitə ən sürətlə uyğunlaşan 3 BÜRC

Niderland - İsveç matçının ƏN YAXŞISI seçildi

Niderland - İsveç matçının ƏN YAXŞISI seçildi

Fərqanə Qasımova qızı və ikinci nəvəsi ilə - FOTO

Fərqanə Qasımova qızı və ikinci nəvəsi ilə - FOTO

Krasnodardakı hücumda gəncin bıçaqla məkana necə girdiyi MƏLUM OLUB

Krasnodardakı hücumda gəncin bıçaqla məkana necə girdiyi MƏLUM OLUB

Aygün Kazımova Röyanın oğlunun məzun gecəsində - VİDEO

Aygün Kazımova Röyanın oğlunun məzun gecəsində - VİDEO

Zelenski Belarusu növbəti dəfə HƏDƏLƏDİ

Zelenski Belarusu növbəti dəfə HƏDƏLƏDİ

Şahbaz Şərif İsveçrədəki danışıqlarda İŞTİRAK EDƏCƏK

Şahbaz Şərif İsveçrədəki danışıqlarda İŞTİRAK EDƏCƏK

Polşa prezidenti Zelenskini ordendən niyə məhrum etdiyini AÇIQLADI

Polşa prezidenti Zelenskini ordendən niyə məhrum etdiyini AÇIQLADI

DÇ-2026: Niderland İsveçi böyük hesabla məğlub etdi

DÇ-2026: Niderland İsveçi böyük hesabla məğlub etdi

Rayonlara yağış, bəzi yerlərə dolu yağıb – Faktiki hava

Rayonlara yağış, bəzi yerlərə dolu yağıb – Faktiki hava

Elza Seyidcahanın ailəsi ilə şəhər gəzintisi - VİDEO

Elza Seyidcahanın ailəsi ilə şəhər gəzintisi - VİDEO

End of content

No more pages to load

RADİO