Qarşıdan aprel döyüşlərinin növbəti ildönümü gəlir. Bu döyüşlər, onun əhəmiyyəti, habelə aprel döyüşlərində göstərilən qəhrəmanlıqlarla bağlı tamaşaların ahzırlanması, filmlərin çəkilməsi nə dərəcədə vacibdir?
Moderator.az-a açıqlama verən xalq artisti Nurəddin Mehdixanlı bu məsələdə xeyli dərəcədə geri qaldığımızı vurğuladı:
“Aprel döyüşləri ilə bağlı tamaşa və filmlərin hazırlanması vacibdir. Düzdür, bununla bağlı bizdə müəyyən sənədli filmlər çəkilir. Amma təəssüflər olsun ki, ciddi şəkildə hansısa pyes yazılmayıb ki, hansısa bir teatr onu götürsün və bu pyes əsasında tamaşa hazırlasın.
Mübariz İbrahimov, Fərid Əhmədov haqqında bu günə qədər 3-4 bədii film çəkilməliydi. Bu xa0baxımdan Türkiyə bizə əslində çox böyük nümunə göstərir. Bu gün Türkiyədə Mübariz İbrahimov haqqında qısametrajlı bədii film, eləcə də sənədli film çəkilib. Biz öz qəhrəmanlarımıza dəyər verməyi bacarmalıyıq. Mübariz İbrahimov qəhrəmanlıq məktəbi yaradıb. Biz onun dəyərini verməliyik”.
xa0
Seymur ƏLİYEV